Fiziki stikerlər rəqəmsal məlumatlar ilə əvəz olunacaq
Avropa İttifaqı Parlamenti 2 fevral tarixində xarici vətəndaşların Şengen vizalarına müraciət prosedurunun modernləşdirilməsi təklifini təsdiqləyib. Turistlərdən onlayn formatda sənədlərin qəbulu, stikerlərin rəqəmsal informasiya ilə əvəzlənməsi planlaşdırılır.
Qeyd olunur ki, bu yenilik həm Şengen vizasının alınması prosesini sürətləndirəcək və sadələşdirməyəcək, həm də viza mərkəzləri və konsulluq idarələrinin yükünü azaldacaq. Ərizələr vahid onlayn platformada təqdim olunacaq ki, bu da ərizəçilərə onların sorğusunu hansı ölkənin qəbul edəcəyini bilməyə imkan verəcək. Güman edilir ki, vizanı verən dövlətin təyinatı turistin planlarından və sənədlər paketindən asılı olaraq avtomatik həyata keçiriləcək.
“Biz Aİ viza müraciətləri üçün müasir, rahat və sadə rəqəmsal həll təqdim etmək istəyirik. Viza stikerinin rəqəmsal viza ilə dəyişdirilməsi həm də fiziki stikerlərlə bağlı təhlükəsizlik risklərini azaldacaq və vahid sistem insanlara Avropa İttifaqını bütöv bir coğrafi qurum kimi görməyə kömək edəcək”. – deyə Avropa Parlamentinin üzvü Matjaz Nemec bildirib.
Qeyd olunur ki, vizanın verilməsi platforması geniş dil imkanlarına, həmçinin rəqəmsal savadı olmayan vətəndaşlar üçün belə çətinlik yaratmayacaq kifayət qədər başa düşülən alqoritmə malik olacaq. Bundan əlavə, eyni IP ünvanından göndərilən ərizələr bloklanmayacaq, çünki bəzi bölgələrdə olduğu kimi sabit internetə çıxışla bağlı problemlər ola bilər.
Daha sonra layihə İdarələrarası Komissiyanın iclasında müzakirə ediləcək və etirazlar olmadıqda, tədricən innovasiyalara keçid həyata keçiriləcək.