Müştəri az olduğuna görə doxtur əlində 1 stəkan çay ayaqlarını uzadıb oturmuşdu. Elə təzəcə əncir vareynəsi bankasını şkafından çıxarırdı ki, rezki kraliça arı atdı özünü otağa.
– Sən nə sırtıq şeysən, yenə gəldin?
– Salam, doxtur. Özümçün gəlməmişəm ki, podruqamı gətirmişəm. Yaxşılıq yoxdu e buna…
Bu dəmdə ağzı yaşmaqlı kalabar pottosu (lorikimilər ailəsindən primat) da otağa sakitcə daxil olub küncdə əyləşdi.
– Budu podruqam. Dərdi var. Abrına qısılıb. Mənim dərdim bununkunun yanında toya getməli idi. Deyiləsi şey deyil!
– Sən də harda küçədəqalmış var yığ gətir yanıma. Gül kimi kabinetimi əxlaqsızlıq yuvasına döndərmisən. Deyiləsi şey deyil nədi özü də? Zapiskada yazıb gətirib dərdini?
Bu dəmdə kalabar pottosu nəhayət dilləndi:
– Səsiviz başıma düşdü. Qoyun ağzımı açım. Ay həkim, 6 ayın gəliniyəm. Həyat yoldaşım da dünyada ən simpatiçnıy kalabar pottosudu: kürəyində qızılı, qarın nahiyəsində krem rəngli xəz, incə, gözəl əlləri, qoxusundan voobşe doymaq olmur…
– Sən ərivi ərə verməyə gəlmisən? İnşa yazırsan sən?
– Qəfil mətləbə keçəmmərəm. Srazu şoka salmaq istəmirəm sizi.
– Sənin o podruqavın hekayəsindən sonra mən uje şoka zada düşmürəm. De gəlsin, qorxma.
– Sözümü kəsməyin, davam eləməyə xəcalət çəkirəm. Hələ ki xoddanmışam, qoyun danışım axıracan. Bilirsiz də, atalar deyib ki, hər gözəlin bir eybi var. Qüsursuz canlı yoxdur bu dünyada…
– Az, çayım soyudu…
– Mənim də həyat yoldaşımın bir eybi var, amma di gəl ki, dünya boyda: cinsi orqanının üzəri iynələrlə doludur. Sizcə, bu normaldır?
– Bax, qızım, bu dərdi götürüb üstümə gəlməklə özüvü də baqaja qoymuş oldun. Mən indi artıq bilirəm ki, sənin göz-başın qaynamasaydı, onun-bunun kişisinə girişməsəydin o zadda da iynə filan olmazdı. İndi danışacam.
Bu dərd təkcə kalabar pottolarında deyil. O qonşuluğundakı qalaqolar (primat növü) var a, baxma e yumşaq oyuncağa oxşayırlar, erkəklərinin cinsi orqanları orta əsrlərdəki o işgəncə aləti vidindədi. Hamısı da niyə? Çünki dişiləri əxlaqsız həyat tərzi sürürlər. Özlərini buraxırlar. Bir erkəylə həmdəm olmurlar. Erkək də təbiəti görüm-baxım eləyib və gələcək nəsildə məhz onun genləri olsun deyə cinsi orqanını elə hala salmalıdı ki, əvvəlcə o iynələriylə itin-qurdun toxum mayesini sənin içindən təmizləyə bilsin.
Cırcıramalar var e, adam yerinə qoymursuz onları – onların bir çox növü də elə edir.
Kraliça arı başbilənliyini ortalığa vızılladıb səsini başına atdı:
– Doxtur, məcburdu ki, vahiməli nahiyələriylə həssas qəlbli dişiləri hürkütsünlər? Bunun başqa çarəsi də var da. De, keçən dəfə elə mənə dediyiniz üsul: erkək özündən sonra probkalayır zadı ki, başqa erkək müdaxilə etməsin.
– Belə ağıllısan elə özün dərs keçərdin də podruqava, yanıma niyə gətirirdin? Otur aşağı.
O probka söhbəti də təkcə arılarda olmur. Məsələn, Inachus phalangium adlı yengəclərdə (krab) belə bir el adəti var: erkək kley kimi xüsusi bir şey hazırlayıb qoyur cibində hazır. Dişi buna “hə” deyən kimi çıxarır o kleyi və bundan əvvəlki kişisinin qametlərini (toxum mayesi) dişinin reproduktiv yolunun ən ucqar küncündə bloklayır ki, özünkülərlə qarışmasın. Ya da adi dağ bülbülü. Vid-fasonundan ismətli sərçəyə oxşayır. Özü də bilirsiz də, erkək quşların əksəriyyətində cinsi orqan olmur…
Bayaqdan lal olub oturan kalabar pottosunun eyni açıldı:
– Pah! Dəvəquşuda var, üzüvüzə duraram!
– Sən bilərsən. Təəccüblənmədim. Bəli, dəvəquşu, tinamu, su quşları (durna, ördək, qaz…) istisna olmaqla digərlərində yoxdur. Dedim axı “əksəriyyətində”! Argentina göydimdiyi var, baxırsan adi ördəyə oxşayır, di gəl cinsi orqanının ölçüsünə görə onurğalılar arasında rekord vurub: 20 sm!
– Doxtur, bu axırıncının bəlkə emaili filanı ola sizdə? Eləcə söz soruşacam Argentina vizası barədə.
– Çamadanı zadı da uje yığımış olarsan, baxma. Sözümü kəsmə. Adi dağ bülbülünü deyirdim. Cinsi orqanı yoxdu erkəyin. Amma o da öz genlərinin hayında olur. Cütləşməkdən əvvəl dimdiyi ilə dişinin cinsi orqanındakı başqa erkəkdən olan qameti çıxarır. Çox söhbətlər var e, prosto həm smenim qurtarır, çatdırmayacam, həm də, açığı, bezdim sizdən.
Uzun sözün qısası, olan-qalan ağlıvızı xoddasaz dediklərimdən nəticə çıxarıb başa düşərsiz niyə kişivin zadı o gündədi. Əxlaqsız həyat sürdüyüvə görə. Ümumi qayda budur ki, heyvanat aləmində bir dişi eyni vaxtda yalnız bir erkəklə həmdəm olursa, erkəyin cinsiyyət orqanı da hoqqa verib əcaibləşmir. Bir misal da deyim rədd olun gedin day. Qorillanı tanıyırsız da?
– Yoox.
– İndi deyəcəm səbəbini niyə tanımırsan. 260 kiloqramadək cüssəli vücuduna rəğmən cinsi orqanı güclə 5 sm-ə çatır. Niyə? Çünki evindəkindən arxayındı. Bilir ki, xarabasına ayaq basıbsa, deməli, gözü başqa erkəklərdə olmayacaq. Nə var – ona da şükr edəcək. Sən də taleyinlə barış və dur bas bayıra. Bu birini də apar.