📷 Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya)
Bənövşəyi sinəli (və ya qaranquş quyruqlu) göy sərçə! 35-45 sm ölçün ola, amma bu uzunluqda ada sahib olasan, həm də iki ölkə səni öz milli simvolu seçə! Bu cubbulu öz rəngarəngliyinə görə bir çox quşları geridə qoyur.
🐦 Bu göyçəyi başqa quşlarla səhv salmaq mümkünsüzdür. Bərq vuran bənövşəyi sinəsi, açıq firuzəyi qarnı, yaşımtıl rəngli boyunun arxa hissəsi, qanadlarının yuxarı hissəsi açıq qəhvəyi, aşağısı isə açıq göy tonlarda! Quş deyil e, sənət əsəridir! Bütün bu gözəllik də lələklərinin və quyruq hissəsinin sonundakı qara sonluqla tamamlanır.
🐦 Belə baxanda, ölçülərinə görə adi sərçədən bir balaca canlı görsənir. Bədəninin ölçüsü 45 smdək olur. Di gəl pərvazlanıb göyə qalxanda baxırsan ki, əsil cazibəlik etalonudur: iri qanadlar, uçuşu isə zərif və inamlıdır.
🐦 Son məlumatlara görə, nəsli filanı tükənmir, sayı da, maşallah, N qədərdir. Amma buna rəğmən, bu növün arealı cəmi bir neçə Şərqi Afrika ölkəsini əhatə edir. Ən çox Botsvana, Keniya, Tanzaniyada yayılıblar. Yeri gəlmişkən, elə Botsvana və Keniyanın simvolu sayılır.
🐦 Kənd təsərrüfatı ilə məşğul olanlar bu quşlara az qala səcdə edə, çünki əkinə ziyan verən nə ki, cücü var – hamısını öz menyularına əlavə ediblər. Rasionlarında həm də hörümçək, əqrəb, lap belə əlimyandıda olanda xırda kərtənkələlər də olur.
🐦 Tək yaşamağa üstünlük veriən bu quşlar ailə qurandan sonra ölənəcən öz yarlarına sadiq qalırlar. 1-3 bala sahibi olan valideynlər növbə ilə onların qayğısına qalırlar. 3-4 aylığında balalar ata yuvasını həmişəlik tərk edirlər.