Dünyanın ən cuppulu quşu: kolibri

Kosta-Rikada təbiətin qoynunda bir də gördük bir xeylaq yapon, ya koreyalı fotoqraf düzüblər, qoyublar qarşılarına kameralarını və səssizcə gözləyirlər. Həşirnən onlara yaxınlaşanda baxışlarıyla itin sözünü dedilər bizə. Quş güdürmüşlər. Quş da kolibri ola. Mumlayıb biz də başladıq güdməyə. Deyirdilər kolibri geriyə uçmağı bacaran yeganə quşdur. Deyilmiş. Amma bunu ən ustalıqla edən təkcə odur. Qaranquşlar, qartallar, şahinlər,…

Davamı

Şotland kəkliyinin ailə-məişət sualları

- Salam, ay doxtur. Kişilərə də çarə qılırsız? - Kişi? İnşallah ki, özüvü nəzərdə tutmamısan. - Özümü tutmuşam. Rəngim bir az niseryoznudu, bilirəm. Amma mən də bir ananın oğluyam. Rəngbərəng olmaq hələ heşzad... - Səsin başıma düşdü. Dərdivi de, səallah. Kişi e!.. - Mən Şotland kəkliklərindənəm. Açığı, məndə narahatlıq yaradan özüm yox, bizim qızlardı. - Qızlarıvız şikəstdi? Özləri niyə…

Davamı

Boz baş albatrosun ailə dramı

Albatroskimilər ailəsinin bir nümayəndəsi var. Vidi babatdı. Amma adı tam təbiətinə uyğundur: boz baş albatros. Postamentə oxşar yuva qururlar bircəcik övladları üçün. Dimdiklərini bir-birilərinə toxundurmaqla övladlarına nəvazişlərini bildirir, “Qorxma! Mamayla papa həmişə arxanda dağ kimi dayanıblar” deyib uşağı arxayın eləyirlər. Övlad da gennənib əyləşir yerində, valideynləri də uçub gedirlər bazarlığa ki, kasıbın olanından tapıb gətirsinlər uşaq üçün.…

Davamı

Arxeopteriksin yadigarı: it iyi verən qoatsin quşu

Cənubi Amerikada bir quş var - qoatsin. Belə qəşəng, rəngbərəng vidi, gözəgəlimli, basıb yeyiləsi əndamı var (ölçüsü 70 sm, çəkisi 700-800 qram). Amma hamının zəhləsi gedir ondan. Ən posledniy ac heyvan, ya insan da onu yeməkdən vaz keçir. Quşun hətta bir az pisinə də gəlir ki, "Bir ağacdələncə də olmadım ki, tutub dişlərinə çəksinlər məni?!"…

Davamı

Ən ağırçəkili, uçmağı bacarmayan və sayı cəmi 184 fərd olan kakapo

Milyon il əvvəl ən ağırçəkili tutuquşu sayılan kakapodan soruşublar: "Niyə uçmursan ki?", o da deyib: "Neymə lazım?!" Həqiqətən milyon il əvvəl yalnız Yeni Zelandiyada yaşayan kakaponun uçmağa ehtiyacı yox idi. O vaxtlar adam-zad da hərləmirdi. Dinozavrın adı gələndə sifətini turşudurdu, çünki heç onu da forsuna yaraşdırmırdı. Yaxşısını yeyib, yaxşısını içirdi, ən sanballı ərazilərdə də gəzib-dolaşırdı. Bir təbii…

Davamı

Arıquşunun bir beləsi də varmış

Yolka oyuncağı ya pambıq parçası deyil ki. Yalnız Yaponiyanın Hokkaydo adasında yaşayan Cənubi Yaponiya uzunquyruq arıquşusudur (yaponlar ona "şima-enaqa" deyirlər, tərcüməsi də "uzunquyruq ada quşu"). Elə uzunquyruq arıquşunun 23 növündən biridir. 13-15 sm-lik ölçüləri (onun da yarısı quyruğun payına düşür), 10 qramadək çəkiləri olur. Digər arıquşularında olan qaşlar bu növün nümayəndələrində böyüdükcə yoxa çıxır, olurlar ağappaq…

Davamı

“Quşbeyin” sözü artıq kompliment kimi işlənməlidir. Çünki…

O, çox adiləşib gözümüzdə. Adını da belə bir təhər tələffüz edib o dəqiqə mənfi şeylərlə əlaqələndiririk. Necə deyərlər, quşun adı çıxınca - canı çıxsa yaxşıdır. Dünyanın çox yerində yaşayan quzğunu deyirəm. Əslində isə öz həyatıyla yaşayan ən ağıllı quşlardan sayılır quzğun. Hətta ən ağıllısı da demək olar. Britaniya alimlərini ta qədimdən bekarçılıq üzüb axı. 40 il bundan…

Davamı

Dilsiz, qanadsız, quyruqsuz kivi quşu

Bilirsiz də, quşların da dili olur. Ünsiyyət vasitəsini demirəm. Bədən orqanı dil. Amma bunun yoxudu. Kivi quşunun. Öz dərdi özünə azmış kimi, ana təbiət o vaxt bunu yaradanda "Heç uça da bilməyəcəysən" deyib quşu mat qoyub. Gedəndə əlüstü "quyruğun da olmayacaq" deyib düzəlib yola təbiət. Biçarə kivi "Ürəyivi boşaltdınsa - icazə verirsən indi yaşayam?" deyəndə tonu…

Davamı

Balaca mıxakeçirənimizlə tanış olun

Baxırsan ki, xudmani dilsiz-ağızsız quşdu, buna maksimum “motu quşu”, “şirinquş”, nəmm “aşkım quşu”, “apar məni servanta qoy” zad adını qoymaq olar. Amma buna cəllad quşu deyirlər. elmi adı - alaçöhrə. Adını latın dilindən tərcümə edəndə olan-qalan qara saçlarım da ağardı: "Lanius" - əzab verən, qəssab… Arsız-arsız nəğmə quşu sayılır, yırtıcı yox. Sərçəkimilər dəstəsinə daxildi. Yəni Elmi…

Davamı