Yalnız Borneo adasında yaşayan uzunburun meymun və ya kahauların burunlarıyla bağlı çoxlu versiyalar var. Bəziləri iddia edir ki, iri burun suda üzərkən nəfəs almaq üçün xidmət edən boru rolunu oynayır. İddia edib sonra da özlərinə sual verirdilər ki, elədirsə, bəs niyə daha kiçik burunlu dişilər üzərkən batmırlar?
Sonra dedilər iri burun bədən temperaturlarını tənzimləmək üçündür. Bu faktla bağlı da əsaslı arqument tapa bilməyib yenə mumladılar.
Yeganə inandırıcı versiya o oldu ki, erkəklərdə burun nə qədər böyük oldu, deməli, qohum-qonşu arasında bir o qədər hörmət, güc sahibidirlər. Dişi kahaular da erkəkləri burunlarının ölçülərinə görə seçirlər. Həm də burnu yekə olan kahaularıııın… səsləri də daha gur çıxır.