Doğrudan elə bilirsiz ki, pinqvinlər aydan arı, sudan duru məsum quşcuğazlardır? Buralarda olun.
Düzdü e, vidləri pozitivdir, yerişləri gülməlidir. Amma yaxından CV-lərinə göz gəzdirəndə görürsən ki, onların etdiklərini ən pasledniy quş belə mənliyinə sığışdırmaz.
Gözdən salmaq üçün demirəm a bunları. İndi olanı budur.
Hələ 70 milyon il əvvəl Yer kürəsində var-gəl etməyə başlayan pinqvinlər, bəzilərinin fikirləşdiyi kimi, harda it havası, qar var orda yaşamırlar. Şimal qütbündə onlar ümumumiyyətlə yoxdurlar. Demək olar ki, bu vaxta kimi yaşayan bütün pinqvinlər ancaq Cənub yarımkürəsində olublar. Özü də təkcə Antarktidada yox.
Pinqvinlərin ilk nüsxələri hələ o vaxt Yeni Zelandiyada yaşayıb, adaları əhatə edən sularda günəş vannası qəbul edirdilər. Təqribən 42 milyon il əvvəl nəhəng pinqvinlər Peru sahillərini də karvansaray yolu eləmişdilər. Müasir pinqvinlərimiz, qəribə də olsa, mülayim və tropik iqlimə daha çox meyillidirlər. Qalapaqos pinqvinləri, məsələn, 18-28 dərəcə istiliyi olan ekvatorda yaşayırlar, harda ki, suyun özünün temperaturu elə +22-24 dərəcə olur. Pinqvinlərin 18 növündən yalnız Adeli pinqvinləri və imperator pinqvinləri ancaq Antarktidada yaşayıb yaradırlar. Özü də imperator pinqvinlırinin sayı o qədər çoxdur ki, onları kosmosdan da müşahidə etmək olar.
500 metr dərinliyədək baş vururlar, suyun altında da saatda 40 km sürətlə “uçurlar”.
Nəysə e. Sözüm onda yox. 2012-ci ildə Duqlas Rassel London Təbiətşünaslıq Muzeyində üzərində “çap üçün nəzərdə tutulmayıb” qeydli “Adeli pinqvinlərinin seksual adətləri” adlı traktatı oxuyub əli üzündə qalmışdı. Bu traktatda söhbət pinqvinlərin nəsil artımı periodunu əvvəldən axıradək müşahidə edən ilk alim Corc Marrey Levikin 1910-cu ilə aid olan yazıları yer almışdır. Gördükləri Levikin nitqini qurutmuşdu. Erkək pinqvinlərin qrup halında öz cinslərinin nümayəndələri ilə orgiyaları, bala pinqvinlərə fiziki və seksual zor tətbiq olunması, dişi pinqvin meyidləri ilə cinsi əlaqəyə girmələri biçarə alimin psixikasını böyrü üstə qoymuşdu. Elə o vaxt da Levik tövbə eləmişdi ki, bu gördüklərini çap elətdirib ictimaiyyətə çatdırsa atasının oğlu döyül. Amma dilini dinc saxlamayıb. Britaniyaya qayıdınca qonum-qardaşa danışıb, qeydlərinin 100 nüsxəsi aparıcı zooloqlara da paylanılıb.
Abzasın əvvəlində qeyd etdiyim Duqlas Rasselsə düşünür ki, o vaxtın alimləri prosto tupoy olublar və bu yazıq pinqvinlər nekrofil zad olmayıblar. Günahkar elə ölü pinqvinin özü olub, çünki cütləşməyə hazır olan diri dişi pinqvinin pozasında ölübmüş. Erkək pinqvinlər də yaman tolerant olublar deyə, ölüsüylə dirisi arasında fərq qoymurmuşlar və ümumiyyətlə pinqvinlərin bu etdiklərinin bir səbəbi var – o da onların seksual təcrübəsizliyindən irəli gəlir. Get xalxın kişisini zorla ki “üzr istəyirəm, prosto təcrübəsizəm”. Nəmm vallah.
Duqlas həm də deyir ki, insanlar pinqvinlərin zahiri görünüşünə görə onları elə insan kimi qəbul etməyə alışıblar, ona görə də bu cür faktları eşidəndə şoka düşürlər. Amma pinqvinlər, belə pis çıxmasın, quşdurlar və onları elə quş kimi də qəbul edib davranışlarını müşahidə etmək lazımdır.
Digər növün – İmperator pinqivinlərinin dişilərində də az yoxdur. Onlar dəngüş olduqları üçün dəyqəbaşı qırt düşdükləri yumurtalarını itirirlər. Özü də necə itirilər? Qırt düşən dişiyə aclıq gələn moment yumurtaları erkəyə tapşırıb gedir yem dalıyca. Problem də elə bu moment başlayır: elə ki, yumurtalar gözdən itir dişidə valideyn nəvazişi hormonu olan prolaktinin zadı dərhal dayanır və o, uşağlarına qarşı marağı itirir. Amma yadında qalır ki, bu axı elə bil ki, ana idi (çünki bir müddət orqanizmlərində hormonların istehsalı davam edir) və gedib xalxın qısa müddətə yiyəsiz qalmış bala pinqvinlərinə analıq etməyə cəhd göstərirlər. Belə yiyəsiz bala tapmayanda da zor tətbiq edərək qırt düşmüş digər dişi pinqvinlərin yumurtalarını özünküləşdirməyə çalışırlar. İndi deyəcəksiz ki, yazıqdı, onun da analıq instinkti var və ana olmaq haqqı da var. Var e, amma bu cür cinayət yoluyla mənimsənilmiş balalara onlar bir neçə dəqiqə, ən yaxşı halda isə bir neçə gün yiyə dururlar, sonra analıq instinktlərinin fısı yatır, balanı atıb gedirlər. Bala da soyuqdan və acından ölür.
Dişi və erkəyin bir-birilərinə sığınıb mehribanlıq nümayiş elətdirməkləri də artislikdir. Bu da onlarda bir-birilərindən şaxtada donmamaları üçün sui-istifadədən başqa bir şey deyil.
Boşanma hadisələri də onların sırasında nadir hal deyil. Məsələn, kral pinqvinlərinin 81%-i hər mövsüm özlərinə yeni həyat yoldaşı tapırlar. Humbolt pinqvinlərinin hər üçündən biri də xəyanətə imza atır. Adeli pinqvinləri öz yuvalarını daşdan tikirlər və çox vaxt deşovkalıq edib xalxın pinqvinləriylə bir daş müqabilində cinsi əlaqəyə girirlər.
İndi 70 milyon il ərzində olanı bu olub. Gərək olduqları kimi qəbul edək.
P.S. Fotolar açıq resurslardandır və hər birinin növü qeyd edilib.