Kinolarda, videolarda gördüyünüz yumru kol kimi bir şey var e, səhra küləyi alır ağuşuna aparır uzaqlara, bax, çox nahaq yerə onu adam yerinə qoymursuz. Elə bilirsiz quru bir şeydi də, diyirlənir özü üçün. Amma yox. Elə deyil söhbət.
Birincisi, onun adı var. Özü də handa bir ad: İerixon qızılgülü.
İkincisi, o, ölü filan da deyil, diridir.
Üçüncüsü, yaşı…
Ana təbiətdə hər bir canlı subaylığın daşını bir cür atır. Kimisi dəridən-qabıqdan çıxaraq, kimisi naz-qozla, kimisininsə heç özünün də xəbəri olmur ki, qəfil ərə gedibmiş (məsələn, bir üzü qız-bir üzü gəlin olan Arqonaft səkkizayaq kimi.
Bu yolda özünü şilküt edən 5-6 sm-lik ölçülü tikanbalığından danışaq. Ümumiyyətlə balıqları, adətən, dilsiz-ağızsız mal kimi bilirlər. Amma bu heç də…
Aeroportlar təkcə duty-free-ləri talan edib uçuş prosedurlarından keçmək üçün deyil ki. Biz, məsələn, üç nəfər idik, Dubay aeroportunda üçümüz də siqaret çəkmək üçün ayrılmış yerdəki rahat çarpayılarda nə fason yıxılıb yatmışdıqsa, bir gedəndə, bir də qayıdanda uçuşa gecikmişdik. İngilis dilindəki söz baqajı 17 sözdən ibarət olan dostumun check-in nəzarətindəki qıza "Please, please" deməyi yadıma düşəndə…
Cənubi Afrikada bir moşennik bitki var, adı Ceratocaryum argenteum. Dalıyca danışmaq olmasın, düz-əməlli vidi də yoxdu. Ona görə tozlanmanın filanın başını buraxıb, bilir ki, heç bir özünə hörmət edən quş, ya həşərat bunun üzünə baxan deyil. Qara rəngli 1 sm ölçüsündə olan toxumları da qalıb əlində, bilmir kimə soxuşdursun.
Elə dərdli-dərdli yellənən moment harayına təkamül gəlib…
İl ərzində 500-dək insan begemot dişdəminin qurbanı olur. Dişdəm gücü də, maşallah, 124 atmosfer (128 kq)! Allah üzümüzə baxıb ki, begemot vegetariandı hələ. Bəs niyə öldürür?
Görmə qabiliyyəti zəifdi və təhlükə hiss etdiyi hər bir canlıdan o dəqiqə gözü su içmir. Yanında cuppulu begemot varsa, qarşı tərəf üçün təhlükə daha da artır.
Qurban siyahısında ən çox onun…
Babirussa qaban, ya donuz deyil. Elə babirussadır. Adı malay dilindən tərcümədə "maral donuzu" deməkdir. Özü də İndoneziyada yaşayır.
Qaban-donuzdan fərqləndirən bir çox xüsusiyyətləri var. İlk gözə çarpanı - dodağlarını dəlib çıxmış dişləridir. Belə normal dişləri də var. Amma bu bir cüt əlavə və daha uzun dişlər orqanizmlərinin ən müəmmalı detalı sayılır. Çünki həm bikar, həm də…
Sakuddey qəbiləsindəki bu cür ənənəvi, qapısız evdə qalırdıq. Cəngəlliyin ortasında. Yatanda da elə həsirin üstünə özümüzlə gətirdiyimiz döşəkçələr salınırdı, ağcaqanad filandan qorunmaq üçün də xüsusi zad vardı. Divar dediyiniz də demək olar ki, yoxdur, eləcə taxtalardan sanki bəzək üçün yapışdırıb nəsə divarvarı bir şey düzəldiblər. Sanballı olan tavan idi. Döşəmə də taxtalardan düzəldilmişdi, intəhası aralarında…
Bir çox yerlərdə təşkilatçılar adətən turların sonunda iştirakçıları sevindirmək üçün hansısa urvatlı restoranda son axşam yeməyi təşkil edirlər.
Keniyada da belə oldu. 1 həftə fil-antilop-zebrlərin arasında sülənib yesir gününə düşəndən sonra apardılar bizi paytaxt Nayrobidəki "Carnivore" restoranına.
Özlüyündə mən qoyun ətindən hazırlanan yeməkləri ümumiyyətlə yemirəm, mal ətindən də ancaq dolma. O da gərək əvvəl qoxusuna bələd olam,…
Yer üzündə ən sürətlə qaçan vəhşi heyvandır bu gepard. Saatda 100-120 km! Amma bu sürəti 500-600 metr məsafədə saxlaya bilir. Ondan o yana deyir ki, day mənnik deyil.
Bəbir, aslan, pələnglərdən fərqli olaraq gepardlar leş yeməyi mənliklərinə sığışdırmırlar.
Bir üzqaraları var, o da çıxardıqları səsdir. Nərildəmək filanla araları yoxdur. Quş, balaca it səsinə bənzərdi səsləri.
