Ali Akbar

260 articles published

Çinin ən nadir heyvanı

Çinin ən nadir fauna əhli deyəndə ağlınıza ilk olaraq panda gəlir yəqin ki. Amma bu diyarın ondan da nadiri varmış. Adı da İli pika. El arasında "sehrli dovşan" da deyirlər. İlk dəfə 1983-cü ildə ekoloq Li Veydunun gözünə sataşıb bu canlı. Bütün Çinə car çəkib ki, bəs uzun qulaqlı, 20 sm ölçülü, dovşankimilər dəstəsindən bir canlı…

Davamı

Qara leylək də var, bilirdiz?

Leylək deyəndə gözünüzün qabağına ağappaq quş gəlirsə, day gəlməsin. Bildiyimiz leylək obrazını darmadağın edib qara rənglisi ilə də tanış olma zamanı gəldi. Bugünkü leyləyimiz təkcə qara ilə kifayətlənməyib, acığımıza baş-gözünü sarı-qırmızı rəngə də boyayaraq psixikamızı pərakəndə şəkildə mələr qoyub. Bu, yəhərdimdikli leyləkdir. Bəli. Dimdiyində yəhərə bənzər zadı da var. Ölçülərinə görə leyləkkimilər ailəsinin ən iri nümayəndəsidir.…

Davamı

Rəng verib rəng alan təzəbəy

Mürəkkəbböcəyinin böcəkliyinə fikir verməyin. Çünki, birincisi, böcək-filan deyil – molyuskdur. İkincisi, ölçüsü 50 sm-dək olur. Ta qədimdən biz insanlara tanışdır. Vid-fason dəyişmək sarıdan da çox yarıyıb. Maskirovkanın biri bir qəpikdən! Əsasən də bunu xalxın qızına özünü sırımaqçün edir. Daha doğrusu, qız uğrunda rəqib erkəklə mübarizədə. Özü də hissə-hissə edir bunu. Gözaltı etdiyi dişiyə yaxın olan tərəfini abıra…

Davamı

Meşə zürafəsi: Okapi

Bir səyyah olub - Henri Stenli. 1890-cı ildə Konqoya gəlib öz atıyla fors eləmək istəyəndə yerli piqmeylər deyiblər ki, paah!.. Bizdə də var da ondan və aparıb okapini göstəriblər Henriyə. Henri də gördüyündən şoka düşüb. Özünə gələn kimi gedib dünyaya car çəkib. Beləliklə, dünya ictimaiyyəti 19-cu əsrdə okapinin varlığından xəbər tutub. Ancaq Konqo Demokratik Respublikasında yaşayır.…

Davamı

150 Db səs güclü Pogonias cromis balığı

Tampada (Florida, ABŞ) sahilətrafı rayonlarda yaşayanların yanvar ayının ortalarından güzəranları puç olub. Hamısına da səbəb əraziyə yayılan təbil səsləri olub. Əvvəl elə biliblər yaxınlıqda yaşayan hansısa ismətsiz qonşudu xodduyub səsi evində şıllaq atır. Başlayıblar onu axtarmağa. Tapa bilməyiblər. Hətta o tərəflərdə yerləşən hərbi hissəyə də baş çəkiblər ki, bəlkə səs ordan gəlir. Bu cəhdləri də…

Davamı

Eşq yolunda ibnəlik

1700-dən çox növü olan Gerridae həşəratı var. Bunlardan 10%-i suda yaşayır. Erkəklərinin qəlbləri çox kövrək olur. Xətirlərinə dəyəndə o dəqiqə inciyirlər və hərəkətlərinə "atviçat" olmurlar. Əsasən də evlənmək ərəfəsində. Ümumiyyətlə kiməsə nəsə barədə xəbərçilik etmək istəyəndə, ya eləcə ürəyləri darıxıb söhbət etmək istəyəndə, suyun üzərində yüngülvari dalğalar yaradaraq siqnallar göndərməyə başlayırlar. Ana təbiət bu imkanı onlara…

Davamı

Masai qəbiləsində rəqs

Keniya və Tanzaniya arasında yaşayan Masai qəbiləsi, Afrikanın ən tanınmış və ənənəvi icmalarından biridir. Onların mədəniyyəti, adət-ənənələri və həyat tərzi, turistlər və tədqiqatçılar üçün maraqlı bir mövzudur. Masai qəbiləsi haqqında bəzi əhəmiyyətli məlumatlar: Yaşayış Tərzi: Masai qəbiləsi, əsasən maldarlıqla məşğuldur. Onlar inəkləri, qoyunları və keçiləri yetişdirərək, qida və maddi ehtiyaclarını təmin edirlər. Evlilik Adətləri: Masai kişiləri 18, qadınları isə 16 yaşında evlənirlər. Evlilik, adətən, bir…

Davamı

Ağ və qara kərgədan, onların fərqləri

Ağ kərgədan da var, qara kərgədan da. İntəhası nə qarasının rəngi qaradı, nə də ağının ağ. Elə ikisi də bozdur. Ağ kərgədanın ilk adqoydusunda ona "Wide rhino" (geniş, enli kərgədan) adını verib yola salmışdılar. O da sevinə-sevinə qayıdıb savannaya təzə adıyla fors eləməyə. Amma gözügötürməyən qohum-qonşuları başlayıblar buna "wide" əvəzinə "white" deməyə, yəni "ağ". O da…

Davamı

Ağoğlan məbədi (Laçın)

İşğal dövrü ərzində (1997-2001-ci illərdə) öz diasporlarının maddi dəstəyi ilə Ağoğlan məbədində "restavrasiya" işləri aparıblar guya. Pəncərələrindən boylanıb əlləri hara çatıbsa - qriqoryan xaçları cızıblar. Abidənin divarında əks olunmuş yazıları korlayıb və siliblər. Hətta bəzi tarixi simvolların və ornamentlərin formalarını dəyişdirərək tanınmaz hala salıblar. Ümumi giriş qapısının önündə gətirdikləri xaçdaşları basdırıblar. Məbədin ətrafına 4 qəbir…

Davamı