– Salam, ay doxtur. Mən Avstraliya övladıyam, adım da Coelopidae milçəyi. Müasir ponyatkalıyam. Bilirəm ki, qız “yox” dedisə – qır-saqqız olmadan rədd olub getmək lazımdı. Qızlarımız amma elə deyil. “Yox” eşidib ürəyimdə “Qara ox!” deyib ədəb-ərkanla uzaqlaşmağa çalışanda bir də görürəm bu qız dediyim üstümə hücum eləyib mitilimi salır. Dözülən dərddi? Yox! Mənə çatmır bu söhbət…
– Müasir olmağına müasirsən, amma üzüvə demək olmasın, bir az tupoysan. Hələ də bilmirsən ki, sizin çevrədə “yox” doğrudan da “yox” deyil. Sənə otval verən qız diqqətlə fikir verir görsün himə bənd imiş kimi srazu cəhənnəm olub gedəcəksən, ya “hə” uğrunda mübarizə aparacaqsan, hətta döyüşəcəksən də.
– İşimiz var ki. Harda görülüb belə şey?!
– Görülüb. Krabyeyən suitilərdə, məsələn. Onlar cütləşəndə şillə-təpiyin biri bir qəpikdən olur. Al qana boyanırlar hər ikisi. Dava deyil ki. Romantikadı.
– Ölüb e romantika, oxşayanı yoxdu…
– Bu, formasını dəyişmiş romantikadı da. Yəqin arada rastıva mırıq salamandrlar çıxıb? Niyə mırıqdılar? Çünki cütləşəndə dişinin boynundan elə yapışır ki, dişlərini çıxara bilmir. Sevir də…
Dəniz filləri hələ!.. Vəziyyət sboy gedəndə cütləşmə vaxtı səhvən dişinin kəlləsini dişləyib sındıra bilər. Su samuru isə burnundan.
– Noldu elə bizə çatanda qapazaltı ancaq erkəklər oldu?
– Çestivə toxunur ki, dişi səni şilküt eləyir? Onda canın çıxaydı sən də Pseudocerus bifurcus adlı yastı dəniz qurdu kimi hermofrodit doğulaydın. Kişi kimi rəqibinlə duelə çıxardın təbiətin verdiyi “qılıncınla”. Kim birinci zərbə vurdu – qalib, uduzan da ana roluna keçir.
– Mən şükürlüymüşəm ki…
– Bəs bayaqdan onu deyirəm. Sizdə bu dava sadəcə test xarakterlidi. Erkəklər də hər dişini seçmir, ən dözümlüsünü, ən çox həyatda qalma potensialı olanını gözaltı eləyir.
– Deməli mən çırpılıramsa, bu, yaxşı əlamətdi?
– Zor əlamətdi. Ən azından sən oyundasan.
– Tam başa düşmədim e, qaçım, ya qalım?
– Prosto bir az sırtıq ol. Utancaqlığın başını burax. Bir az döz. Arada xala-xətrin qalmasın deyə sən də yüngülvari qapaz qoy dişiyə ki, görsün səndə də kişinin “k” hərfi var.
– Nə deyim, vallah, romantik boyumu yerə soxsunlar.
– Ürəyivə salma. Təbiətdə səni incitmək istəyən yoxdu ki. Heç qorumaq istəyən də. Prosto yüngülvari malsan.
