Rana temporaria qurbağa növü var. Camaat adına söz qoşub ki, guya cütləşmə vaxtı erkək kifir olsa dişi vurur özünü ölülüyə, erkək də bundan vaz keçir. Əslində ölülüyə vurur özünü (buna “tanatoz” deyirlər). Amma səbəb bu deyil.
Səbəbini bikar Berlin alimləri araşdırıb tapıblar. Bu qurbağalarda dişilərin təqribən 33%-nin cütləşmə vaxtı bəxti gətirmir, itin zülmünü çəkirlər. Böyür-başda nə ki erkək var – hamısı hoptom gəlir tökülüşür yazığın üstünə. Nəticədə də dişi boğülüb ölə bilər, ya da ağır xəsarət ala bilər. Ha bağırır: “Ay görməmişlər, a küçə qurbağaları, başqa dişilər də var, kor qalasız, əl çəkin məndən” – görür məhəl qoyan yoxdu buna. Bu da vurur özünü ölülüyə.
Hərdən özlərini ölülüyə vurmağa həvəsləri olmayanda, dişi erkəklərin çıxardıqları səsdən çıxarırlar ki, bunu həmcins bilib dinc buraxsınlar.
Əslində insanlar da “başım ağrıyır” əvəzinə bu metoddan istifadə edə bilərlər. Maariflənin.

