Anakonda haqqında kinolarda, sənədli filmlərdə görmüsüz - şikarını udmamışdan əvvəl ona dolaşır. Elə edəndə sümüklərini sındırmaq məqsədi güdmür ki. Çox adam elə bilir məhz sümük-qabırğa filanını sındırmaq üçün edir elə. Əslində isə sadəcə nəfəsini kəsmək üçündür o quc-quc. Bütün şikarları da məhz elə bunun nəticəsində həyatı ilə vidalaşır.
Çox mübahisə edirlər anakonda daha uzundur ya piton.…
Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)
İlancıllar və ya katib quşu (rusca - птица секретарь, latınca - sagittarius serpentarius) Afrikadakı ilanların 1 nömrəli düşmənidir. Elə buna görə də bu quş yerli əhali arasında yetərincə hörmət-izzət sahibidir. Bəzi kəndlərdə zəhərli ilanlardan, siçan və siçovullardan qorunmaq üçün də onu saxlayırlar. Quşun gərək quşu olsun: hətta Sudan və…
