Bu da primatlardan ən cubbulusu - cırtdan oynağan (və ya barmaq meymunu).
Cənubi Amerikada - Amazon həndəvərində yaşayan bu motuş o qədər kiçikdir ki, insan barmağında rahatca məskən sala bilər. Bədənlərinin ölçüsü 10-16 sm + 15-30 sm-likdə quyruq. Çəkiləri də cəmisi 90-160 qram.
Digər primatlar kimi, bizimki də ağac şirələri, meyvə, giləmeyvə, kiçik həşərat və hörümçəklərdən yana…
Bu ağ(bığ)saqqal meymun İmperator tamarinidi. Başqa özükimilərdən onları fərqləndirən təkcə ukladkalı bığları deyil, həm də tipik olmayan sosial iyerarxiyasıdır.
Tamarinlərdə sürülərə başçılıq ən yaşlı və ən təcrübəli dişinin əlində olur. Onun da bığları var, yeri gəlmişkən. Ondan sonra sözkeçərliyinə görə nisbətən cavan dişilər gəlir. Erkək fərdləri isə tamarin yerinə qoyan yoxdu: ancaq qida, bir də körpələri…
Bunları görən-görən elə gülür. A olmaz e belə. Bir marağlanın dərd-sərləri nədi, şadlığlarındanmı burunları bu viddədi, qarınları bu razmerdədi?..
Uzunburun meymun və ya kaxau ancaq Borneo adasında yaşayır. Yerli əhali onlara “monyet belanda”, yəni "holland meymunu" deyir, çünki, onların fikrincə, kaxaular kopiya holland müstəmləkəçilərinə bənzəyirlər: iri qırmızı burunlu və yekə qarınlı.
➖ Erkək fərdlərin çəkisi 24…
Dünyaya bir balaca qəm-qüssə-kədər dolu baxışlarla baxan ağ-qara kolobuslar ekvatorial Afrikanın yamyaşıl fonunda əməllicə seçilirlər.
40-70 sm-lik boyu, 5,4-14 kq çəkiləri olan bu kolobuslar, demək olar ki, hündür ağaclardan yerə heç enmirlər. Ona görə də yemək-içməklərinin 80%-ni yarpağlar təşkil edir. Bunlara deyən lazım ki, böyrü-başınız o qədər mer-meyvəylə doludu, nə görmüsüz bu azkalorili yarpağda? Deyən…
