Tənbəl və baş barmağsız ağ-qara kolobuslar

Dünyaya bir balaca qəm-qüssə-kədər dolu baxışlarla baxan ağ-qara kolobuslar ekvatorial Afrikanın yamyaşıl fonunda əməllicə seçilirlər. 40-70 sm-lik boyu, 5,4-14 kq çəkiləri olan bu kolobuslar, demək olar ki, hündür ağaclardan yerə heç enmirlər. Ona görə də yemək-içməklərinin 80%-ni yarpağlar təşkil edir. Bunlara deyən lazım ki, böyrü-başınız o qədər mer-meyvəylə doludu, nə görmüsüz bu azkalorili yarpağda? Deyən…

Davamı

Dovşansifət Kap Damanı

Bunu görəndə əvvəl başa düşmədim nədi. Sevindim ki, nadir heyvandır, bu saat şah əsərimi yaradasıyam. Mən qaçıram, bu qaçır. 1 saatacan öz dalıyca çapdırıb. Nəhayət uzun sürən tərtökmədən sonra fotolarını çəkə bildim. Özümlə bir partiya qürur duya-duya yollandım nahar yeri üçün hasara alınmış xüsusi yerə. Elə içəri daxil olan kimi görürəm bəhhhh!.. Bunlardan itivə tökdü!…

Davamı

Savannanın ən sırtıq antilopu: Dik-dik

Elə adına layiq nərmə-naziklik etalonu, yalnız Afrikada yaşayan Dik-dik antilopu. Oyuncaq ölçülərinə rəğmən az aşın duzu deyillər. Çox da döyüşkən və hətta sırtıq xasiyyətlidirlər. 📷   Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)   🦌 Bu heyvanın cəmi 4 növü var. Əsas var-gəl etdikləri ərazilər də daş-qalaqlı, kollu-tikanlı yerlərdir. Dik-dikləri çox nadir hallarda…

Davamı

ƏN HÜNDÜRDƏ UÇAN QUŞ: RÜPPEL KƏRKƏSİ

📷  Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya) Quşlar müxtəlif olur. Amma bu Rüppel kərkəsi tam başqa aləmdir. Yer kürəsində həmquşları arasında ən hündürdə uçanını təsəvvür edin. Etdiz? Bax, bu, həmin Rüppel kərkəsidi. Mütəxəssislər onun 11277, 12150 metr hündürlükdə var-gəl etdiyinin şahidi olublar. Təyyarələrə meydan oxuyanlar da bunlardır. Əslində, təyyarənin turbininə kəllə atsa, bu, böyük xoşagəlməzliklə…

Davamı

Aslanı belə ağaca dırmaşdıran giyena (kaftar)

Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)   XALLI GİYENA (KAFTAR)   Bu biçarə heyvanın elə adı gələndə artıq adamın canına ürpəşmə düşür. Belə baxanda, düz eləyir düşür. Çünki aslanların şikarını caynaqlarından alıb özlərini isə ağaca dırmaşmağa məcbur edən, bəbirlərə meydan oxuyan heyvandır bu. Şaqqanağa bənzər çıxardıqları o səsdən adamın tükləri də biz-biz olur. Zahiri görünüşü…

Davamı

Səyahət zamanı etdiyimiz 10 səhv

1-Cİ SƏHV: «UCUZ OLSUN» DEYİB MƏRKƏZDƏN KƏNARDA OTEL AXTARMAQ Bəzi hallarda bu, həqiqətən də sərfəli ola bilər, məsələn, avtomobilimiz varsa. Mərkəzdən kənardakı otellər həqiqətən ucuz ola bilər, amma bir balaca. Oteldən mərkəzə gedib-gələcəyiksə, onda üzü astarından baha başa gələcək. Bu bir. İkincisi, mərkəzə yaxın otelə arabir gedib kəlləni atıb yatma imkanımız da olacaq.…

Davamı

80 km/saat sürətə, 3 metr hündürlüyə, 10 metr uzunluğa imza atan impala antilopu

📷   Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya )   Saatda 80 km sürətlə qaçaraq 3 metr hündürlüyə tullanmağı azmış kimi, 10 metr uzunluğa da imza atan impala antilopu ! Bu, hər antilopun işi deyil! Həm də bunu ancaq vəhşi heyvanların hücumundan qurtulmaq üçün etmirlər, arabir mırtçün də. Amma bütün bunlara baxmayaraq çox da…

Davamı

Əsnəməyi bacarmayan yeganə məməli heyvan

Zürafələrdə də az yoxdu e, danışım? 1. Əsnəməyi bacarmayan yeganə məməli heyvandırlar. 2. Əvəzində böyürə, fışıldaya, yüngülvarı nərildəyə və vıyıldaya bilirlər. Bütün bu səslərdən öz aralarda əngə vermək üçün istifadə edirlər. 3. Dilinin uzunluğu 50 sm-dək olur. Özü də qara rəngdədir. 4. Təkcə boynunun yox, həm də quyruğunun uzunluğuna görə də heyvanlar aləmində rekordçular siyahısındadır: 2,5 m! 5. Soğan…

Davamı