9000 kv km ərazinin şahı: Nqoronqoro

   Fotoları çəkdiyim məkan: Tanzaniya ✯ Afrika safarisinin ən möhtəşəm mənzərəli məkanlarından biri olan Nqoronqoro biosfer qoruğu 9000 kv km-lik ərazini tutur. Belə baxanda adama elə gəlir ki, bu krater nəhəng kometin yerə düşməsi nəticəsində əmələ gəlib. Əslində isə 2,5 milyon il əvvəl bura vulkan kollapsı nəticəsində, sözün əsil mənasında, 600 metr dərinlikdə…

Davamı

Leyləyə bənzəyib kərkəs kimi dolanan Afrika marabusu

📷  Fotoları çəkdiyim məkan: Tanzaniya Qaldığımız kiçik otelin eyvanı elə birbaşa vəhşi təbiətxanaya baxırdı. Düz eyvanın böyründə də, fotoda gördüyünüz kimi, bu marabu dayanmışdı. Əvvəl elə bildim heykəldi, yaraşıq üçün qoyblar. Çünki elə nə vaxt çıxıb baxırdım - eyni yerdə, eyni pozada dayanmışdı. Hərəkətə gəldi nəhayət və gördüm ki, bu əməllicə diri imiş. Leyləkkimilər sinfinin…

Davamı

Katib quşu: ilanların qənimi

Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya) İlancıllar və ya katib quşu (rusca - птица секретарь, latınca - sagittarius serpentarius) Afrikadakı ilanların 1 nömrəli düşmənidir. Elə buna görə də bu quş yerli əhali arasında yetərincə hörmət-izzət sahibidir. Bəzi kəndlərdə zəhərli ilanlardan, siçan və siçovullardan qorunmaq üçün də onu saxlayırlar. Quşun gərək quşu olsun: hətta Sudan və…

Davamı

Tanzaniyanın özündə nə var, nə yox?

  Fotoları çəkdiyim məkanlar: Serengeti, Tarangire, Nqoronqoro, Lake Manyara, Aruşa (Tanzaniya) Tanzaniyanın Zənzibar adası barədə ayrıca xəbərçilik etmişdim. Bəs ümumilikdə Tanzaniyanın özündə nə var, nə yox? 🏝  «Biri az olar» deyib iki paytaxt yaradıblar: tarixi paytaxtı olan Dar Əs-Salaam inzibati mərkəzi, qanunverici paytaxtı isə Dodoma şəhəri. 🏝  «Tanzaniya» sözü ölkəni təşkil edən iki keçmiş koloniyanın…

Davamı

İki ölkənin simvolu olan bərbəzəkli quş

📷  Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya) Bənövşəyi sinəli (və ya qaranquş quyruqlu) göy sərçə! 35-45 sm ölçün ola, amma bu uzunluqda ada sahib olasan, həm də iki ölkə səni öz milli simvolu seçə! Bu cubbulu öz rəngarəngliyinə görə bir çox quşları geridə qoyur. 🐦  Bu göyçəyi başqa quşlarla səhv salmaq mümkünsüzdür. Bərq vuran bənövşəyi sinəsi, açıq firuzəyi…

Davamı

Begemotların əlindən ildə 500-dək adam ölür

  Fotoları çəkdiyim məkan: Serengeti qoruğu (Tanzaniya) O uşaq vaxtı baxdığımız multfilmlərdə şən, gözüqırpıq, başında bantikli begemotlar var a, baxanda elə bilirsən bu Allahın ən başıaşağı varlığından adama xələl ancaq təsadüfən üstümüzə otursa baş verə bilər - ba onların əlindən ildə 500-dək adam ölür. Yəni bu qələti heç bir özünə hörmət edən akula da eləmir.  Begemot…

Davamı

Leopard yeganə pişikkimidir ki, şikarını ağacın başına çıxarıb orada nuş edir

📷  Fotoları çəkdiyim məkan: Serengeti, Tanzaniya Leopardın (bəbirin) adı «leon» (aslan) və «pardus» (panter) yunan sözlərindən calağ olunub. Ondan-bundan fərqləndirən cəhətləri nədir bu leopardların?  Ölçüsünə görə panterkimilər arasında ən xudmanisidi. Erkəklərin çəkisi 60-80 kq, dişilərininsə 40-60 kq arası olur. Müqayisə üçün deyim ki, erkək aslanın çəkisi 250 kq filan olur.   Amma bu kiçik ölçüsünə rəğmən…

Davamı