Primatlar ailəsinin ağsaqqalı

Bu ağ(bığ)saqqal meymun İmperator tamarinidi. Başqa özükimilərdən onları fərqləndirən təkcə ukladkalı bığları deyil, həm də tipik olmayan sosial iyerarxiyasıdır.

Tamarinlərdə sürülərə başçılıq ən yaşlı və ən təcrübəli dişinin əlində olur. Onun da bığları var, yeri gəlmişkən. Ondan sonra sözkeçərliyinə görə nisbətən cavan dişilər gəlir. Erkək fərdləri isə tamarin yerinə qoyan yoxdu: ancaq qida, bir də körpələri daşımaq işinə baxırlar. Ona görə də bir dəstədə 2-dən çox erkək olmur.

1907-ci ildə sorağları bizə çatıb. Cənubi Amerikanın ən sıx və rütubətli tropik meşələrində məskən salıblar. Əsasən elə ağaclarda yaşayırlar. Həmişə də çalışırlar ki, açıqlıqdan yan keçsinlər.

25-cə santimetrlik bədənlərini ən hündür ağacların kəlləsinə asanlıqla qaldırıb ordakı naz-nemətdən (mer-meyvə, gül-çiçək, arada həşəratlar, yolunu azmış kərtənkələlər) dadmaqdan çox da məmnundurlar. Çəkiləri də 250-300-cə qram. Quyruqları amma elə bədənlərinin uzunluğunda. Başqa primatlarda olduğu kimi, barmaqlarında dırnaq deyil – caynaq var. Öz ərazilərini qoruyanda və ya balalarına qarşı təhlükə hiss edəndə bu cubbulular dönüb olurlar bir dinozavr qiryətli varlıq. Son nəfəslərinədək həmin bu caynaqları və dişlərinin sayəsində bir sözlərini iki eləyənlərə qarşı döyüşürlər.

Periodik sanitar günü keçirib bir-birilərinin bığlarının uzunluğunu səhmana salmaqla məşğul olurlar. Bu proses sürüdə ən vacib kommunikativ proses sayılır, çünki bu vaxt ağız deyəni qulaq eşitmir, yəni bir növ qeybət məclisini də xatırladır.

Cütləşmə dövründə dişinin bir neçə həmtamarini ola bilər. Daha doğrusu, sürüdə nə ki erkək var – əlləri hamısının əlinə dəyir. 1,5 ay hamiləlik dövrü bitir, 35 qramlıq balalar meşəyə göz açır. Doğulanda artıq ağ bığla doğulurlar. Erkək ata (atalar) balaların qayğılarına qalır, ancaq qidlanmaq üçün analarına qısa müddətə təhvil verirlər. Bu, 3 aylarınadək davam eidr, ondan sonra bala artıq özü öz hayına qalır, 1,5 ildən sonra isə mötəbər tamarin yaşına çatır.

10-15 il yaşayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close