Savannanın ən sırtıq antilopu: Dik-dik

Elə adına layiq nərmə-naziklik etalonu, yalnız Afrikada yaşayan Dik-dik antilopu. Oyuncaq ölçülərinə rəğmən az aşın duzu deyillər. Çox da döyüşkən və hətta sırtıq xasiyyətlidirlər. 📷  Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)   🦌 Bu heyvanın cəmi 4 növü var. Əsas var-gəl etdikləri ərazilər də daş-qalaqlı, kollu-tikanlı yerlərdir. Dik-dikləri çox nadir hallarda açıq ərazidə görmək olar. Yaşadıqları sıx kolluqlarda yalnız özlərinin daxil …