Hamer qəbiləsində inisiasiya mərasimi turistlər üçün keçirilməyən, amma onların da iştirakına icazə verilən azsaylı tədbirlərdən biridir. Demək olar ki, bütün qəbilələrin oxşar mərasimləri var. Amma onlar dünyanın müxtəlif yerlərində bir-birilərindən çox fərqlənirlər. Kifayət qədər zərərsiz rituallar da var, açıq şəkildə qəddar olanlar da.

Hamerlər arasında inisiasiya yalnız kişilər üçündür. Adı da “Bull-jumping“.

Gənc oğlan özünə həyat yoldaşı seçməzdən əvvəl ona layiq olduğunu sübut etmək üçün uzun hazırlıqdan sonra (fotoları elə hazırlıq mərhələsində çəkmişəm) cərgəyə düzülmüş öküzlərin (inəklərin) hər birinin kürəyinin üstündən 4 dəfə ora-bura yıxılmadan qaçmalıdır. Bunu daha da çətinləşdirmək üçün öküzlərin kürəklərinə sürüşkən nəsə sürtürlər də. Oğlan da bunu lüt əndam eləməlidir ki, birdən yıxılan moment əynindəki paltarın köməkliyi ilə ayaqda dura bilər. Yıxılıb eləsə onun işi qalır növbəti ilə. Hər inisiasiya mərasimi də yalnız bir gənc üçün təşkil olunur.

Ən 1-ci fotodadır həmin gənc. Qalanları da inisiasiya zamanı keçən prosesdə iştirak edən gəncin qohum-dostları. Yeri gəlmişkən, onlar öküzlərin üstündən tullanmasalar da, proses zamanı üzərlərinə az yük düşmür. Video var. Hazır olanda paylaşacam.

Mərasim 5-10 dəqiqə çəkir. Ona hazırlıq isə 4-5 saat!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir