Kisəvarilər yarımsinfinin nümayəndəsi olan Bonnelia viridis öz sevimli yeri olan dənizin dibində oturub seriala baxdığı yerdə burnu qaşınır. Qaşımaq istəyəndə yadına düşür ki, əlləri yoxdu. Qərara gəlir asqırsın. Asqırandan sonra da vəhşi kimi nəfəsini içəri çəkir. Bir xeylaq keçəndən sonra baxır ki, bayaqdan bunun yanında oturub Tiktokda sülənən kişisi nəsə buna hay vermir. Ev-eşikdə, qapı-qonşuda kişini sorağlasa da, ondan səs çıxmır. Uje özü-özündən şübhələnir ki, bəlkə huşum gedib, Allah bilir heç ərim də olmuyub. Durur gedir huşoloqa.

– Üzrlü say, doxtur, qapıvı təpiylə açdım, əllərim zanit idi prosto.

– Burdan-bura mənə gəlmə. Zanit deyil, ümumiyyətlə yoxdu. Buyur, eşidirəm.

– Ay doxtur, mən belə fikirləşirəm, bu mənim öz şəxsi fikrimdi, mənə elə gəlir ki, nəsə hiss eliyirəm ki, mən ərdəydim. Günortaya kimi. Bir asqırmağla elə bil rezki subay oldum. Kişi qeybə çəkilib. Deyirəm bəlkə beynimdə problem var, ağlım qaçıb, heç ərdə olmamışam?

– Hə, qəttəzə qız uşağısan, get elan ver, car çək aləmə, elçilərin qıy vursun qapıda. Ay kisəvari, evdə servantdakı toy kassetivi görüb təəccüblənmədin? Bəs o üstü 3 lay toz basmış albomundakı belində qırmızı bantikli şəkillərin də səndə sual doğurmadı? Ərin var! Daha doğrusu var idi. Əslində elə indi də var. Amma burnuvu çəkəndə udmusan onu.

– Yaaaaxşı?! Dağ boyda kişini?

– Dağ? Sizin növün erkəkləri sənin öz ölçündən 200 min dəfə kiçik olur. Dağ a. Fikrin özüvə getməsin, maşallah, 7 sm-sən.

– Mənim gözümdə lay-divar idi rəhmətlik…

– Rəhmətlik zad da deyil. Sağdı. Əyləşib sənin içindəki reproduktiv guşədə, qəşəngcə əxlaqsızlıq yuvası da yaradıb. Yanından ötüb keçən yumurta hüceyrələrini mayalandırır xımır-xımır. Əl-ayağı təmiz, dır-dırdan qulağı dinc, yemək istəyəni yox.

– Mən necə özüm-özümü dul qoydum, ay doxtur, yazıq kişini nə günlərə saldım…

– Xəbərin olsun ki, kişi əslində elə himə bənd idi ora düşmək üçün. Moment gözləyirdi. Sən də sağol ki, at kimi asqırmaqla ona bu şəraiti yaratdın.

Əslində günah kişinin özündədi. Siz dünyaya gələndə cinsiniz olmur ümumiyyətlə. Okeana göz açanda qarşınıza çıxan ilk həmfərdiniz dişidisə, cinsiniz erkək kimi formalaşır, dişiylə qarşılaşmasa özü bir küncə çəkilib dişi kimi inkişaf edəcək və buna 2 ildən çox vaxtı gedəcək. İndi o yazıqmı deyək, bəxtəvərmi deyək, o doğulanda ilk qarşılaşdığı dişi fərd olub.

– İt yiyəsini tanımırmış ki bizdə…

– Elədi. Özü də bir küncə çəkilib dişiləşəndən sonra heç kim qarantiya vermir ki, erkək tapa biləcəksən. Ona görə elə salamatı erkəkləşməkdi, çünki…

– Sözüvüzü də kəsirəm, doxtur, indi mən subay sayılıram də? Təzədənnən ərə gedə bilərəm?

– 100%! Get, ikinci kruq xoşbəxt ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir