"Kişilərə qarşı zorakılığa son!" silsiləsindən 3-cü sarsıdıcı yazım.
Adamın başının üstündə Allah var, o birilərə baxanda yovşan sisəyinin dişisi bir az qiryətlidi. Niyə? Çünki kişini toy gecəsi tam yemir. Bir hissəsini. Ona yemək də demək olmaz e, elə bil kokteyl içir. Deyəcəm indi.
Elə ki, erkək sisəy həddi-buluğa çatır - qoyur özünü dağ başına. Çünki ordan-burdan eşidir…
"Kişilərə qarşı şiddətə son!" silsiləsindən növbəti tükürpədici yazım.
Təbiətdə dişilər tərəfindən erkək fərdlərin hüquqlarının mələdilməsinin biri bir qəpikdəndi, biləsiz. Neçə-neçə toy günü erkəyə toy tutulur.
O gün yazıq dəvədəlləyinin sarsıdıcı reproduktiv həyatından danışdım. Hələ də qəhər məni boğur. Boğub qurtarmamış nəsil artırmaq üçün canlarından belə keçməyə hazır olan o biri bəxtiqara erkəylərin acınacaqlı ataolma həyatından yazım.
Bu gün…
Dəvədəlləyimizin toy mərasimi əminliklə onun ikinci eybi sayıla bilər (birinci eybi - cəmi 1 ədəd qulağının olmasıdır). Daha doğrusu, dişi dəvədəlləyinin eybi, erkəyinsə - acınacaqlı taleyinin kuliminasiyası.
İki gənc dəvədəlləyi tanış olub ailə qurmaq qərarına gəlirlər. Qərara gələndən 1-2 saniyə sonra da övlad eşqiylə alışıb-yanmağa başlayırlar və keçirlər iş başına. Məclisin qızğın momentində gələcək anaya qəfil…
Muştuluğumu verin, ömrü boyu sizi narahat edən "Görəsən, dünyada ən iri taxta tikili hansıdır?" sualına bu gün nəhayət cavab tapacaqsız! Bu tikili Yaponiyanın Nara şəhərindəki Tōdai-ji məbədidir. Sakitləşdiz?
Bilirsiz neçə nəfər tikib onu? 2180000-cə nəfər. 743-cü ildə qollarını çırmələyib başlayıblar tikməyə. Əlüstü məbədin içində Budda Vayroçananın 14,98 metrlik bürünc heykəlini də ucaldıblar. 745-ci ildə məbədi, 751-ci…
Yalnız 1931-ci ildə tədqiqatçıların gözünə sataşan hadzalar planetimizdə sağ qalan sonuncu ovçu-toplayıcı qəbilələrindən sayılırlar. Heç nə əkib-becərmirlər, mal-qaraları da yoxdur, avtomobil filandansa söhbət gedə bilməz. Bütün qidalarını təbiətin qoynundancan alırlar. Tanzaniyanın şimal hissəsindədir ev-eşikləri. Dünya alimləri ilk insanların məhz hadzaların yaşadıqları ərazilərdə peyda olduqlarını iddia edirlər. Hələ də odu qədim insanların əldə etdiyi üsulla alırlar.
Sayları…
Kəpənəkləri orda-burda görüb yazığınız gəlməsin ki, biçarələr bu həyatda nə görürlər: 2 gün, 1 həftə filan ömürləri olur zad. Onlardan bir çoxu tam kəpənəkləşənəcən yaxşısını yeyib, yaxşısını içir. Bəzən hətta 3 il ərzində. De - Cənub-şərqi Asiyada yaşayan Attacus atlas növündən olan kəpənək kimi.
Qol-qanad açıb kəpənək kimi adam arasına çıxanacan gah yumurta halında, gah sürfə…
Oranqutanı görəndə adam istəyir ona "Salam, qaqaş" deyib əl uzatsın. Yəni o qədər baxışı, duruşu, davranışı, ətrafdakıları nəzərdən keçirməyi bizə bənzəyir. Yalnız Kalimantan (Borneo) və Sumatra adalarında yaşayırlar hal-hazırda. Əvvəllər isə bütün Cənub-Şərqi Asiyaya yayılmışdılar.
Sumatrada bir xeylaq cəngəlliyi var-gəl edəndən sonra nəhayət onu gördük. Hündür ağacın lap kəlləsində idi. Gördü bizi. Elə yuxarıdan nəzər salıb…
Durian adlı meyvə var. Çəkisi 5 kq-dək olur, ölçüsü 30 sm. Haqqında eşidəniniz də var, onu dadanınız da. Mən eşidib dadmayanlardan idim. Kaş elə də qalardım. Çünki it iyi verir.
Di gəl ki onu, məsələn, Tailandda "meyvələrin şahı" adlandırırlar. Dadına, faydasına görə. Faydası həqiqətən danılmazdır. Tərkibi A, B, C vitaminləriylə vız vurur, kalsium, kalium, natrium, fosfor,…
Gözün yolda qalması pis şeydi. Yenə məktub, nə bilim elçi-filana görə yolda qalan gözün dərdi dözüləndi. Vay o gündən ki, bədən üzvü sizi tərk edib dura düzələ yola, siz də oturub gözləyəsiz ki, indi gələr, bu saat gələr. Özü də bədən üzvü deyirəm e sizə! Poçti çörək ağacı!
Arqonaft səkkizayaq (osminoq) doğulur, yaşayır, gələcəyə planlar qurur,…
