Çox adam Afrikaya gedəndə tinbaşı adamyeyənlərlə rastlaşmadığımı biləndə təəssüflənir ki: "Bunun day nəyi Afrika oldu?!"
Nə yalan deyim, yer üzündə kanniballar hələ də var. Amma onların menyusunun şərəfli hissəsi olmaq üçün adam gərək özü manyakcasına çalışsın. Çünki heç də tinbaşı rast gəlmək olmur onlara. Bəs hardadı o canıyanmışlar?
1. Cənub-Şərqi Papua-Yeni Qvineya
Korovai qəbiləsindən olanlar yaxın keçmişdə…
Təbiətdə "partenogenez" adlı qəşəng bir hal varmış. Ona-buna minnətçi düşmədən, hər yoldan keçənə ağız açmadan təkbaşına nəsil artırmaq olur. Bekarçılıqdan "Ürəyim qısıldı, gedim hamilə qalım" deyib eləcənə oturduğu yerdə partenogenezini xoddayıb ana olanlarımızdan biri ilə tanış olaq.
- Qamçıquyruq Meksika kərtənkələsi.
Bu yazıq kərtənkələ doğulur, indi uşaqdı da hələ, nə bilsin partenogenez söhbətini. Aralarında pərdə var deyə…
Axır vaxtlar Britaniya cinsindən olan pişiklər yerli pişiksevərlərin də qəlbinə yol tapıblar. Niyə də tapmasınlar? Yaşları artdıqca şirinlikləri bir qədər azalsa da, körpə vaxtlarında vidləri əməllicə basıb-yeyiləsi olur.
Amma onlara yiyə durmaq istəyənlər bir balaca əziyyətə də qatlanmalıdırlar, çünki:
- birincisi, Britaniya pişikləri qarınqululuqları ilə seçilirlər. Nəticədə də çox zaman piylənmə ilə baş-başa qalıb aktiv pişikdən həyatdan…
Faunada dişilər tərəfindən heyvan yerinə qoyulmayan erkəklər çoxdur. Yadınıza gəlir, zülmlə ev tikib qarşısında şilküt olunca rəqs edib dişinin "həri"sini almaq üçün şıllaq atan cənnət quşu? Dişi də axırda gəlib "pff" eləyib uçur gedir. Ya da dəvədəlləyi: kişiylə min oyundan çıx, ən romantik momentdə də tut yazığın başını ye… Biçarə erkək dəniz atı hələ!.. O…
Çayın adı çıxınca canı çıxsa yaxşıdır. Dünyada ən çirkli çay Qanq deyil. İndoneziyanın Yava adasındakı 300 km uzunluqlu Çitarum çayıdır.
Çitarumun da günləri olub!.. Gül kimi suyundan hamı adam balası kimi istifadə edirdi, flaminqolar, leyləklər ayaqqabılarını çıxarıb çaya girirdilər ki, aman gündür, tərtəmiz, şəffaf suyunu çirkləndirməsinlər. İnsanlar düyü sahələrini suvarmaq üçün onun suyuna pənah gətirirdilər.
Ötən əsrin…
Milyon il əvvəl ən ağırçəkili tutuquşu sayılan kakapodan soruşublar: "Niyə uçmursan ki?", o da deyib: "Neymə lazım?!"
Həqiqətən milyon il əvvəl yalnız Yeni Zelandiyada yaşayan kakaponun uçmağa ehtiyacı yox idi. O vaxtlar adam-zad da hərləmirdi. Dinozavrın adı gələndə sifətini turşudurdu, çünki heç onu da forsuna yaraşdırmırdı.
Yaxşısını yeyib, yaxşısını içirdi, ən sanballı ərazilərdə də gəzib-dolaşırdı. Bir təbii…
3000 ildən artıqdır ki, Tibetdə yaklar insanlara da çox yardımçı olurlar. Südündən, yunundan nuşicanlıqla istifadə edirlər. Hətta təsərrüfat işlərində kiçik traktoru da əvəz edə biləcək gücə malikdirlər. Hər biri 150 kiloqramadək yükü rahat daşıya bilirlər.
Bununla yanaşı, hörmət-izzət sahibidirlər. Özünə hörmət edən yak sahibi, məsələn, heç vaxt onun üstündə getməz, bəzəyib-düzəyib mütləq arxasınca aparacaq onu.…
Gərək elə mütləq it-pişik-tısbağa saxlayasız? O qədər evinizin bəzəyi olmağa layiq ismətli heyvanlar var ki!.. Bir-birindən ekzotik.
FENEK
Maksimum 1,5 kiloqramlıq bu şirin şəlpəqulaq son zamanlar çox insanın evinin yaraşığı olmağa iddialıdır. Çox mehribandır. İlk dəqiqələrdən can desəz can da eşidəcəksiz ondan. Nəbadə səsinizi qaldırasız fenekə. Ölənəcən dindirməz adamı. Fenek minimal tələblə evinizin sakininə çevrilməyə hazırdır. Yetər…
Uşaq vaxtı iri qabaritli dəniz-okean əhli mənim üçün 2 qrupa bölünürdü: delfinlər (müsbət canlılar) və köpək balıqları (pis-pis canlılar). Rusca adı mehribanyanə səslənən ("Kosatka") canlının o vaxt öz dilimizdəki adını bilmirdim. Öz dilimizdə də adı "Qatil balina" imiş. Çöhrəsində də belə nurani gülüş ifadəsi var bu moşennikin. Elə o vaxtlarda qardaşlarım sağ olsunlar, nə məqsədləsə…
