Ali Akbar

260 articles published

Anasının balası bonobo

1927-ci ildə Henri Şouteden adlı bir zooloq Belçikanın o vaxtkı müstəmləkəsi olan Konqodan qəribə kəllə sümüyü, böyründə də dəri tapıbmış. Dəri də qəribə idi. Hesabatında da yazıb ki, "Şimpanze kəlləsinə oxşayır. Amma yenə də yalan deyərəm…" Üstündən bir il keçir. Qonşu Almaniyadan olan zooloq Ernst Şvarts bundan xəbər tutur və yuxusu ərşə çəkilir. Əlində xətkeş durur…

Davamı

Ən zəhərli delikates

Növbəti dəfə ismətliliyimin şahidi oldum: Yaponiyaya gedib fuqu balığından dadmadım. Niyəsini deyəcəm bir azdan. İynəqarınlılar ailəsinin üzvü olan fuqu balığı (takifuqu, it balığı və s.) Yaponiyanın ən bahalı və ən təhlükəli delikatesi sayılır. Təzə anadan olan uşaqdan da soruşsan, onun da xəbəri olacaq ki, il ərzində ölkədə 10-20 nəfər bu balığın zəhərindən ölür. Balıq da sancıb…

Davamı

Gülünə dodaq qonmuş bitki

"Dodağına gülüş qonub" söhbətini azdan-çoxdan xırdalamışıq. İndi də gəlin, "Gülünə dodaq qonub" məsələsinə əncam çəkək. Səbəbkarımız da Ancelina Colinin dodaq sarıdan günübacısı Palicourea elata bitkisidir. Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində kolibri quşlarını, kəpənəkləri yoldan çıxaran bu nadir bitkinin öz doğma yurdunda 2 metrlik (və daha çox) boy-buxunu var. Ev şəraitində dibçəyin ümidinə qalanda isə 60-70-cə…

Davamı

Çinin pandadan da nadir canlısı

Çinin ən nadir fauna əhli deyəndə ağlınıza ilk olaraq panda gəlir yəqin ki. Amma bu diyarın ondan da nadiri varmış. Adı da İli pika. Çox nadir hallarda gözə dəydiyinə görə el arasında "sehrli dovşan" da deyirlər. İlk dəfə 1983-cü ildə ekoloq Li Veydunun gözünə sataşıb bu canlı. Bütün Çinə car çəkib ki, bəs "Uzun qulaqlı, 20…

Davamı

Ən rəngarəng və ən iri leylək

Leylək deyəndə gözünüzün qabağına ağappaq quş gəlir və düz də edir. Çünki dədə-babadan onu elə görüb yadda saxlamışıq. İndi isə gəlin bildiyimiz leylək obrazını darmadağın edib qara rənglisi ilə də tanış olaq. Bilirəm, psixikamıza bir yükdür bu. Amma deməyə məcburam: bugünkü leyləyimiz təkcə qara ilə kifayətlənməyib, acığımıza baş-gözünü sarı-qırmızı rəngə də boyayaraq psixikamızı pərakəndə şəkildə…

Davamı

Vahiməlilərin ürək sözləri

Bir filosof vardı, Halil Cibran. Bekar vaxtında qayıdıb deyib ki "Dostum, göründüyüm kimi deyiləm… Görünüş sadəcə geyindiyim bir paltardır". Bu kəlməni də kim əlində bayraq eləsə yaxşıdır? Görünüşü vahiməli, adı tükürpədici balina köpək balığından, quşyeyən-qoliaf hörümçəyindən tutmuş ta ki vampir yarasalar, baltacıq balığı, sarıquyruq əqrəbəcən. Ümumiyyətlə heyvanlar aləmində adları çıxınca canlarının çıxmasına razı olan çox canlı…

Davamı

Şeytanla qidalanan mələk

Siz heç mələyin şeytanı tutub çiləməyini eşitmişdiz? Gəlin, onda agah edim sizi. Soyuq şimal sularının 500 m dərinliklərində dəniz mələyi deyilən bir varlıq yaşayır (video). Həqiqətən mələk kimi görkəmi var. Adam istəyir ağzını ayırıb saatlarla tamaşa etsin ona. Üzgəc rolunu oynayan qanadları da var. Elə ona görə də onları qanadayaqlılara aid ediblər. Bütün günü suda o…

Davamı

Hürən, ət yeyən, köpək dişli maralımız

Bir dənə maral növü var, adı da muntjak. Bütün nə ki, otyeyən heyvan var - hamısının zəhləsi gedir ondan. Paxıllıqdan. Çünki muntjak təkcə ot yeməklə kifayətlənmir. O həm də ət yeyir. Başqa otyeyən həmmarallarına yer eləyən erkək muntjakın köpək dişləridi həm də. Hər dəfə rastlaşanda "Maralsan da, o nə dişlərdi, sən Allah?!" deyib həyatdan küsdürmək…

Davamı

Hermofrodit ilbizlərin adaxlanma prosesi

Düzünü deyin, axırıncı dəfə nə vaxt ilbizə tumar çəkmisiz, hal-əhval tutmusuz, çanağına 5-10 manat basmısız? Allah bilə meyvə ağacında, tənəkdə görəndə ya tutub vızıllatmısız bir kənara, ya da dərman alıb səpələmisiz həmin yerə ki, ziyan verir, hə? Amma o, cupbululuğuna baxmayaraq, çox da maraqlı varlıqdır. Özü də 600 milyon il əvvəl peyda olublar planetimizdə. Götürək elə üzüm…

Davamı