Ali Akbar

260 articles published

Dərdə dərman lavanda

O lavanda ki var - həm ətirlidi, həm müalicəvidi, həm də dekorasiya baxımdan gözəgəlimli. Müalicəvi haqq-hesabları barədə hələ Qədim Romada xəbər tutub antibakterial vasitə kimi istifadə edirdilər, vanna qəbul edəndə suya qatırdılar. Siz də deyirsiz o vaxt Avropada çimmirdilər… Vətəni Aralıq dənizi sahilləri sayılır. 30-dan da çox növü var. Güllərinin 50%-i gül olanda lavandanın ən ləyaxlı vaxtı…

Davamı

Pantera elə bildiyimiz bəbir və yaquar imiş

Hamının valeh olduğu pantera var a - o, ayrıca heyvan növü deyil ki. Bu, melanizm əlamətləri (canlının toxumalarında qara piqmentin çoxluğu) bol olan bəbirin (Afrika və Asiyada) və yaquarın (Cənubi Amerikada) rənglərinin genetik variantıdır. Yəni bildiyimiz bəbir və ya yaquarın qara formasıdır. Amma, dallarıyca danışmaq olmasın, bəbirlərdən daha çox aqressiv olurlar. Asiyada panteraların sayı daha çoxdur.…

Davamı

“Quşbeyin” sözü artıq kompliment kimi işlənməlidir. Çünki…

O, çox adiləşib gözümüzdə. Adını da belə bir təhər tələffüz edib o dəqiqə mənfi şeylərlə əlaqələndiririk. Necə deyərlər, quşun adı çıxınca - canı çıxsa yaxşıdır. Dünyanın çox yerində yaşayan quzğunu deyirəm. Əslində isə öz həyatıyla yaşayan ən ağıllı quşlardan sayılır quzğun. Hətta ən ağıllısı da demək olar. Britaniya alimlərini ta qədimdən bekarçılıq üzüb axı. 40 il bundan…

Davamı

Ağır xasiyyətli çau-çau

Çau-çau elə bil ayı balasıdı da, al qucağıva bəslə balan kimi. Əslində, elə çox gözəgəlimli və şirindir. Amma di gəl xasiyyəti çox tünddür. Ən ağır xasiyyətli, dominantlıq etməyi xoşlayan it cinsləri siyahısındadır bu çau-çau. Vaxtında təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmasalar, bir az iriləşən kimi evdə qayda-qanunu diktə edəcək, yiyəsini külli miqdarda problemlə üzləşdirib bir…

Davamı

Qoz boyda beyinli, amma dünyalar qədər şirin koala

Çoxları elə bilir koala da ayının hansısa bir növüdür. Ayı filan deyil. Ayıyla ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Bir balaca yaxın fason qohumu vombatdır. 🐨  Avstraliyada yaşayan koala ancaq ağacdan-ağaca dırmaşmaq üçün lövbərini tərpədib aşağı düşür. 14 kq çəkili bu kisəli ağacın ən yüksək budağlarında necə səssiz-səmirsiz yaşayırsa, hətta Avstraliyaya ilk dəfə qədəm qoyanlar da…

Davamı

Ulduzumuz da az aşın duzu deyilmiş…

Dəniz ulduzunun qanı yoxdur, bilin. Qida və qazların daşınmasında bədən boşluğu mayesi və su-damar sistemi iştirak edir. 1900-dək növü olan və yırtıcı heyvan sayılan bu ulduzlar hələ 400 milyon il əvvəl okean sularından qıy vururdular. Dinozavrlardan təxminən 200 milyon il əvvəl ortaya çıxıblar. Bəzi növləri 30 ilədək yaşayırlar. Ölçüləri bir neçə santimetrdən ta 1 metrədək ola…

Davamı

Düz divara dırmaşan dağ keçisi

Arabir qarşınıza çıxır e düz divara dırmaşan keçilərin fotoları - onlar Alp dağ keçisi və ya ibeksdir. Bir ara onların sayları kritik həddə çatmışdı: cəmi 100-cə fərd. Bir ara deyəndə ki, 19-cu əsrin əvvəllərində. Olan-qalanı da İtaliyanın şimalında yığılmışdı. Yox, qayadan yıxılıb tələf olmurdular. O vaxt insanlar fikirləşirdilər ki, bu keçilərin sümük və buynuzları nəyə desən…

Davamı

Vəhşi təbiətin qiryətsiz anaları

Bu gün sizə vəhşi təbiətdəki qiryətsiz analardan danışacam. Belə analardan söz düşəndə ilk ağla gələn özünə yuva qurmayan, yumurtalarını onun-bunun yuvasına vızılladıb gedən ququ quşu (kukuşka) olur. Amma bu indi mərifətsizliyi konkret alıb da boynuna, hamının da xəbəri var. Ona görə elə ququnu əlüstü yada salıb keçirik o biri "müqəddəs ana" adına ləkə gətirənlərə. Panda var e…

Davamı

Təqdirəlayiqsiz Çin təbabəti

Əlivi hansı heyvana atırsan bəlli olur ki, onun bu və ya digər nahiyəsindən ənənəvi Çin təbabətində istifadə edirlər. Gül kimi "Doktor Mom" filan ola-ola niyə bu yazıqların ora-burasını kəsib 1000 dərdə "dərman" etsinlər ki? "Qırmızı Kitab"a düşən 160-dan çox canlını bu məqsədlə istifadə edirlər həmin bu təbabətdə. Belə qəribə təbabətdi e özü də: bir tərəfdən…

Davamı