Yaxın oturun, mənim əliəyri şoppana balalarım. Bu gün sizə qaldığınız otellərdən nəyi rəsmi surətdə özünüzlə apara biləcəyiniz barədə xəbər verəcəm. Özü də qorxu-hürküsüz, alnı açıq-üzü ağ, heç yerə gizlətmədən.
Bir dəfə Antalyaya bizlə bərabər o vaxtkı kolleqam da getmişdi həyat yoldaşıyla. Təzə ailə qurmuş cütlüyün bal ayı idi. Antalyada 4 gün qalıb sonra da İstanbula yola…
Aslan, leopard, giyena, kobra ilanı - heç kimi hərləmir bu (videosu). Ginnesin Rekordlar Kitabına ən qorxubilməz heyvan kimi düşüb.
Adına el içində bal porsuğu deyirlər. Elə eldən kənarda da adı belədir. Ölçüsü 80 sm-dəkdir (quyruğu - 25 sm), çəkiləri də 7-13 kq. Di gəl ki, qan uddurur da xalxın heyvanlarına. Porsuq deyilsə də porsuqkimilərlə, demək olar…
Baxırsan ki, xudmani dilsiz-ağızsız quşdu, buna maksimum “motu quşu”, “şirinquş”, nəmm “aşkım quşu”, “apar məni servanta qoy” zad adını qoymaq olar. Amma buna cəllad quşu deyirlər. elmi adı - alaçöhrə. Adını latın dilindən tərcümə edəndə olan-qalan qara saçlarım da ağardı: "Lanius" - əzab verən, qəssab…
Arsız-arsız nəğmə quşu sayılır, yırtıcı yox. Sərçəkimilər dəstəsinə daxildi. Yəni Elmi…
Bu yazığa bu cür ad yox, elə nömrə qoysaydılar ondan urvatlı olardı. Məsələn, 456 nömrəli quş. Yoxsa – kül rəngli qurbağaağız!.. Bu adı 35-53 sm-lik canla necə daşıyasan axı? Dimdiyini açanda ağzı qeyri-adi dərəcədə enli göründüyünə görə belə adlandırılıbmış.
Avstraliyanın, Tasmaniyanın bənzərsiz faunasının daha bir nümayəndəsidir. Çəkiləri 1,4 kiloqramadək olanı ən toppuşu sayılır və belə harınlanmış…
Bu da primatlardan ən cubbulusu - cırtdan oynağan (və ya barmaq meymunu).
Cənubi Amerikada - Amazon həndəvərində yaşayan bu motuş o qədər kiçikdir ki, insan barmağında rahatca məskən sala bilər. Bədənlərinin ölçüsü 10-16 sm + 15-30 sm-likdə quyruq. Çəkiləri də cəmisi 90-160 qram.
Digər primatlar kimi, bizimki də ağac şirələri, meyvə, giləmeyvə, kiçik həşərat və hörümçəklərdən yana…
Zloy baldız baxışlı şəlpəqulağımızı təqdim edirəm.
Azərbaycanca buna Yarasaqulaq tülkü deyirlər. Yeri gəlmişkən, elmi adı "yekəqulaq it"dir (Otocyon megalotis).
Ümumiyyətlə 23-dək tülkü növü mövcuddur. Amma bu balamız nətər unikaldırsa, ayrıca Otocyon sinfini təşkil edib və sinfin yeganə nümayəndəsidir.
Afrikanın sakini olaraq digərlərindən, gördüyünüz kimi, qulağlarının ölçüsü və çaşkafason vidi ilə fərqlənir. Özü də qulaq deyilən nahiyə 13 sm…
Xalqı maarifləndirmək məqsədi ilə bu gün sizə, əziz seçicilərim, Yaponiyadakı "boş evlər"dən danışacam. Onların adı, böyüklərdən üzr istəyirəm, "məhəbbət oteli"dir. Qəribə də olsa, bu cür otellərə qəlbləri bayatı demək həsrətiylə döyünən cütlüklərdən başqa həm də nümunəvi ər-arvad, təklik və sakitçilik həsrətində olan tənha fərd və hətta təqaüdçü də gedə bilər. Nətər yəni niyə? Elə-belə, hay-küydən…
Bir var "alın yazısı", bir də var "ayı yazısı". Vəhşi təbiət aşiqi məşhur yapon fotoqrafı Mitio Xosino (fotoda) 2-ci yazının badına gedib.
Tox ağ ayı nadir hallarda insana hücum edir. Bəxtiparlaq Mitio Alyaskada olanda məhz ac vaxtına düşüb ayının. Ayı buna hücum edəndə fotoqraf qoyub üstünə nəyi var, qaça-qaça da nəzir deyib ki, sağ qalsa ayı…
Buna "heyvan" deməyə adamın klaviaturası gəlmir, vallah. Adı da elə bil xüsusi sifarişlə alınıb: adi gəlincik. İlk baxışdan qaquma (горностай) və ya gəlinciyə (хорек) oxşasa da aralarında bir sıra gözəçarpacaq fərqlər var. Adi gəlincik o birilərin ölçüsünə baxanda daha xudmanidir, quyruğu birrənglidir, qulaqları da yumruvarıdır.
Amerika, Avropa, Asiyada geniş yayılıb. Yaşadıqları yerlərin arealı da çox genişdir:…
