Anakonda haqqında bilib-bilmədiklərimiz

Anakonda haqqında kinolarda, sənədli filmlərdə görmüsüz - şikarını udmamışdan əvvəl ona dolaşır. Elə edəndə sümüklərini sındırmaq məqsədi güdmür ki. Çox adam elə bilir məhz sümük-qabırğa filanını sındırmaq üçün edir elə. Əslində isə sadəcə nəfəsini kəsmək üçündür o quc-quc. Bütün şikarları da məhz elə bunun nəticəsində həyatı ilə vidalaşır. Çox mübahisə edirlər anakonda daha uzundur ya piton.…

Davamı

Pantera elə bildiyimiz bəbir və yaquar imiş

Hamının valeh olduğu pantera var a - o, ayrıca heyvan növü deyil ki. Bu, melanizm əlamətləri (canlının toxumalarında qara piqmentin çoxluğu) bol olan bəbirin (Afrika və Asiyada) və yaquarın (Cənubi Amerikada) rənglərinin genetik variantıdır. Yəni bildiyimiz bəbir və ya yaquarın qara formasıdır. Amma, dallarıyca danışmaq olmasın, bəbirlərdən daha çox aqressiv olurlar. Asiyada panteraların sayı daha çoxdur.…

Davamı

Qırmızılığına nə qədər çox salsa – bir o qədər sağlam görsənər

Zalımın oğlunun sifətinə elə bil bir samovar qaynar su dağılıb. Amma rəngini görüb ürəyiniz ağrımasın. Çünki keçəl uakari üzünün nə qədər qırmızılığına salsa, deməli, bir o qədər sağlam və gözəgəlimlidir. Elə xanım uakarilər də məhz bu keyfiyyətlərinə görə erkəyləri dəyərləndirib onlara "hə" deyirlər. Cənubi Amerikanın tropik meşələrində yaşayan bu qeyri-adi meymunların qeyri-adiliyi çöhrələrinin rəngindən başqa həm…

Davamı

“Ölməyi” hesabına sağ qalan aferistimiz

Baxmayın e adlarını heyvan qoyublar, lazım gələndə əməlli-başlı artistlik də edirlər. Məsələn, təhlükə hiss etdikləri zaman əlləri bütün qorunma üsullarından üzüləndə vururlar özlərini ölülüyə və ümid edirlər ki, bunlara xor baxan hücumçu biçarəni leş bilib baş qoşmayacaq. Bu cəhətdən ən məşhur artistka Virciniya opossumudur. Canı yanmış elə məharətlə "ölür" ki, alimlər bu mənzərəni görüb məəttəl qalıblar…

Davamı

Arxaya və başıaşağı uçmağı bacaran ən kiçik ölçülü quş: kolibri

📷 Fotoları və videonu çəkdiyim məkan: Kosta-Rika   Kolibridi . Yer üzündə ən balaca və geriyə də uçmağı bacaran yeganə quş sayılır. Bu hələ azmış kimi, saniyədə də 80-100 dəfə qanad çalır.   Növləri çoxdur. Hamısı da cubbulu. Həddi-buluğa çatmış, amma çəkisinə görə ən xudmanısı 3 qramadək olur.   Ən ağırçəkilisinin ölçüsü 21…

Davamı

Üzügülər ərincək

Bu da həyatının ən təhlükəli anında belə üzündən gülüş əskik olmayan ərincək . Dedilər vətəni elə Kosta Rika filandır. Amma bu turistə hörmət qoymayanlar, sən demə, hündür ağacın kəlləsindən ancaq həftədə 1 dəfə, siz də məni bağışlayın, WC-yə getmək üçün düşürlər. Ona görə də onları görməyimizə ümidimiz artıq yox idi. Axıra yaxın bu yolunu azmışı…

Davamı

Ev şəraitində insanlarla can deyib, can eşidən koatilər

📷   Fotoları çəkdiyim məkan: Kosta-Rika   Bəni insan görüb meşədən tullana-tullana çıxıb gəlib "sən o gözəlin canı!.." sifətiylə tezbazar yeməyimizə şərik olub o minvalla da qayıtdı meşəyə. Uzun burnu, yenotdakı kimi iri olmayan göz və bədəni - bu, koatidir . Rusca «носуха» deyirlər. Mərkəzi və Cənubi Amerikanın tropiklərində məskən salıb.   ✯…

Davamı

Vatussi: buynuzlarının uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşüb

İlk dəfə Kosta-Rikada gördüm onu. Daha doğrusu əvvəl buynuzunu, sonra da özünü. Sonradan bildim ki, bunlar heç Mərkəzi Amerikanın yerli heyvanları deyilmiş. Əslən Afrikadan olan Ankole-Vatusi cinsiymiş. Onun ən gözəgəlimli detalı, əlbəttə, nəhəng buynuzlarıdır. Amma buynuzların arxasında xeyli maraqlı biologiya, Afrika xalqlarının tarixi və hətta rekordlar gizlənir. Bəs bu nəhəng buynuzlu heyvan necə yaranıb? Deməli, Ankole-Vatusi hansısa…

Davamı