Böyük Panda və ya bambuk pandası dünyada rəsmən ən gözəl heyvan sayılır! Çinin fəxridi! Göz bəbəyi kimi qorunur. Həm də bəziləri yaxşıca maaş da alırlar. Düzdür, əllərinə gələn ancaq bambuk olur, amma Çinin özü əməllicə qazanır. Deyəcəm bir azdan.
🐼 İlk dəfə biçarə pandanı 1916-cı ildə tutmaq nəsib olub. Amma tez də dünyasını dəyişib.
🐼 …
Fotoları çəkdiyim məkanlar: Serengeti, Tarangiri (Tanzaniya)
Manqust haqqında ən çox bildiyimiz şey - onların ilanları gözükölgəli etməsidir. Görək, daha əllərindən nə gəlir?
- 12 növ manqust var. Əsasən, 4-50 fərddən ibarət olan ailələrdə yaşayırlar.
- İlanı ancaq yolüstü rastlaşanda ovlayırlar. O da həmişə yox. Çox vaxt iri ölçülü ilanları görüncə aradan çıxmağa daha çox üstünlük verirlər. Belə yedikləri…
Durnakimilər ailəsinin 14 növü var, bilirdiz? Hər bir növü də özünəməxsusluğu ilə digərindən fərqlənir.
Onların içərisində ən gözəgəlimlilərindən biri də tacdar durnadır . Vid-fasonu və həyat tərzi ilə həmdurnalılarından fərqlənir.
Beynəlxalq Qırmızı Kitaba adı düşən bu durna, əsasən, Şərqi və Qərbi Afrikada yayılıb. Lap əvvəllər Avropa və Şimali Amerikada da yaşayıbmışlar. Buz dövrü gələr-gəlməz oralarda qeybə çəkiliblər.
Boyları…
Bu kiçik gədə bizi görər-görməz nətər üstünə qoyub aradan çıxmaq istədisə!.. Anası «Gicdəmə!» deyib bir qapazla qaytardı onu yerinə.
Metrikada adı mavi və ya taclı əntərdir. Şərqi Afrikanın rütubətli meşələrində yaşayır.
Boy-buxunları 70 sm, 8-10 kq-lıq çəkiləri, düşməni mələdən uzun köpək dişləri, canlara dəyən bakenbardları, 90 sm-lik quyruqları var. Erkək fərdlərin. Dişilər daha xudmanidir (50…
Uqandanın qərbindəki Queen Elizabeth qoruğunda yağış mövsümündə yer bataqlığa çevrildiyindən yerli şirlər günün əsas hissəsini ağaclarda keçirirlər. Elə buna görə də onlara ağac şirləri deyirlər. Bələdçinin dediyinə görə, onları görmək üçün bəzən gəlib 2-3 gün çadır qurub gözləyənlər də olur. Çadırım əlimdə qaldı: həmən gördüm. Vergiliyəm :)
Elə adına layiq nərmə-naziklik etalonu, yalnız Afrikada yaşayan Dik-dik antilopu. Oyuncaq ölçülərinə rəğmən az aşın duzu deyillər. Çox da döyüşkən və hətta sırtıq xasiyyətlidirlər.
📷 Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)
🦌 Bu heyvanın cəmi 4 növü var. Əsas var-gəl etdikləri ərazilər də daş-qalaqlı, kollu-tikanlı yerlərdir. Dik-dikləri çox nadir hallarda…
📷 Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya)
Quşlar müxtəlif olur. Amma bu Rüppel kərkəsi tam başqa aləmdir. Yer kürəsində həmquşları arasında ən hündürdə uçanını təsəvvür edin. Etdiz? Bax, bu, həmin Rüppel kərkəsidi. Mütəxəssislər onun 11277, 12150 metr hündürlükdə var-gəl etdiyinin şahidi olublar. Təyyarələrə meydan oxuyanlar da bunlardır. Əslində, təyyarənin turbininə kəllə atsa, bu, böyük xoşagəlməzliklə…
Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)
XALLI GİYENA (KAFTAR)
Bu biçarə heyvanın elə adı gələndə artıq adamın canına ürpəşmə düşür. Belə baxanda, düz eləyir düşür. Çünki aslanların şikarını caynaqlarından alıb özlərini isə ağaca dırmaşmağa məcbur edən, bəbirlərə meydan oxuyan heyvandır bu. Şaqqanağa bənzər çıxardıqları o səsdən adamın tükləri də biz-biz olur. Zahiri görünüşü…
📷 Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya )
Saatda 80 km sürətlə qaçaraq 3 metr hündürlüyə tullanmağı azmış kimi, 10 metr uzunluğa da imza atan impala antilopu ! Bu, hər antilopun işi deyil! Həm də bunu ancaq vəhşi heyvanların hücumundan qurtulmaq üçün etmirlər, arabir mırtçün də.
Amma bütün bunlara baxmayaraq çox da…
