📷 Fotoları çəkdiyim məkan: Kosta-Rika
Bəni insan görüb meşədən tullana-tullana çıxıb gəlib "sən o gözəlin canı!.." sifətiylə tezbazar yeməyimizə şərik olub o minvalla da qayıtdı meşəyə.
Uzun burnu, yenotdakı kimi iri olmayan göz və bədəni - bu, koatidir . Rusca «носуха» deyirlər. Mərkəzi və Cənubi Amerikanın tropiklərində məskən salıb.
✯…
Zürafələrdə də az yoxdu e, danışım?
1. Əsnəməyi bacarmayan yeganə məməli heyvandırlar.
2. Əvəzində böyürə, fışıldaya, yüngülvarı nərildəyə və vıyıldaya bilirlər. Bütün bu səslərdən öz aralarda əngə vermək üçün istifadə edirlər.
3. Dilinin uzunluğu 50 sm-dək olur. Özü də qara rəngdədir.
4. Təkcə boynunun yox, həm də quyruğunun uzunluğuna görə də heyvanlar aləmində rekordçular siyahısındadır: 2,5 m!
5. Soğan…
İlk dəfə Kosta-Rikada gördüm onu. Daha doğrusu əvvəl buynuzunu, sonra da özünü. Sonradan bildim ki, bunlar heç Mərkəzi Amerikanın yerli heyvanları deyilmiş. Əslən Afrikadan olan Ankole-Vatusi cinsiymiş.
Onun ən gözəgəlimli detalı, əlbəttə, nəhəng buynuzlarıdır. Amma buynuzların arxasında xeyli maraqlı biologiya, Afrika xalqlarının tarixi və hətta rekordlar gizlənir.
Bəs bu nəhəng buynuzlu heyvan necə yaranıb? Deməli, Ankole-Vatusi hansısa…
Fotoları çəkdiyim məkan: Tanzaniya
✯ Afrika safarisinin ən möhtəşəm mənzərəli məkanlarından biri olan Nqoronqoro biosfer qoruğu 9000 kv km-lik ərazini tutur. Belə baxanda adama elə gəlir ki, bu krater nəhəng kometin yerə düşməsi nəticəsində əmələ gəlib. Əslində isə 2,5 milyon il əvvəl bura vulkan kollapsı nəticəsində, sözün əsil mənasında, 600 metr dərinlikdə…
📷 Fotoları çəkdiyim məkan: Tanzaniya
Qaldığımız kiçik otelin eyvanı elə birbaşa vəhşi təbiətxanaya baxırdı. Düz eyvanın böyründə də, fotoda gördüyünüz kimi, bu marabu dayanmışdı. Əvvəl elə bildim heykəldi, yaraşıq üçün qoyblar. Çünki elə nə vaxt çıxıb baxırdım - eyni yerdə, eyni pozada dayanmışdı. Hərəkətə gəldi nəhayət və gördüm ki, bu əməllicə diri imiş. Leyləkkimilər sinfinin…
📷 Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya)
Bənövşəyi sinəli (və ya qaranquş quyruqlu) göy sərçə! 35-45 sm ölçün ola, amma bu uzunluqda ada sahib olasan, həm də iki ölkə səni öz milli simvolu seçə! Bu cubbulu öz rəngarəngliyinə görə bir çox quşları geridə qoyur.
🐦 Bu göyçəyi başqa quşlarla səhv salmaq mümkünsüzdür. Bərq vuran bənövşəyi sinəsi, açıq firuzəyi…
