Uqandada bəzi qadınların sosial inteqrasiyası

Uqandada bir çox qadın, xüsusilə də imkansız və karyera imkanlarından məhrum olanlar, dərzilik və tikiş üzrə təlimlər alaraq həyatlarını dəyişdirirlər. Bu fəaliyyətlər əsasən müxtəlif humanitar təşkilatlar və təhsil proqramları tərəfindən dəstəklənir. Kampala və digər bölgələrdə dərzilik təlimləri Bəzi qadınlar, evlərinin qarşısına və ya kiçik dükanların qarşısına tikiş maşınları qoyaraq müştərilər üçün paltarlar tikirlər. Məsələn, Türkiyə hökumətinin və…

Davamı

Uqandadakı yemək-içmək neçəyə başa gəlir?

Uqandada yolüstü bazardan seçmələr. Bu cür bazarlarda qiymətlər, əlbəttə ki, daha ucuzdur. Onu da qeyd edim ki, meyvə-tərəvəzin dadına söz ola bilməz: ləzzzzzzət! Market filanlardakı yemək-içməyin təqribi qiymətləri isə belədir: Su, 1,5-litrlik qabda - 0.95 ₼ Süd (1 litr) - 0.97 ₼ 1 buxanka ağ çörək (500 q) - 1.50 ₼ Ağ düyü (1 kq) - 1.90 ₼ Toyuq yumurtası (12…

Davamı

Ağac şirlərinin vətəni

Uqandanın qərbindəki Queen Elizabeth qoruğunda yağış mövsümündə yer bataqlığa çevrildiyindən yerli şirlər günün əsas hissəsini ağaclarda keçirirlər. Elə buna görə də onlara ağac şirləri deyirlər. Bələdçinin dediyinə görə, onları görmək üçün bəzən gəlib 2-3 gün çadır qurub gözləyənlər də olur. Çadırım əlimdə qaldı: həmən gördüm. Vergiliyəm :)    

Davamı

1-2 kəlmə də Uqanda uşaqlarının təhsilindən…

Fotoları çəkdiyim məkan: Entebbe (Uqanda)   Uqandada təhsil 3 yaşından başlayır. Hər trimestrin və ilin sonunda uşaqlar imtahan verirlər. İlin sonundakı yekun imtahanda kəsiri olanlar sinifdə qala bilər. Hətta 3 yaşlı uşaq da.   - Təhsil ili yanvarda başlayır. 3-6 yaşlarında «erkən məktəb»ə gedirlər. Bir suyu bizim uşaq bağçasına oxşayır və məcburi deyil. Yeri…

Davamı

Vatussi: buynuzlarının uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşüb

İlk dəfə Kosta-Rikada gördüm onu. Daha doğrusu əvvəl buynuzunu, sonra da özünü. Sonradan bildim ki, bunlar heç Mərkəzi Amerikanın yerli heyvanları deyilmiş. Əslən Afrikadan olan Ankole-Vatusi cinsiymiş. Onun ən gözəgəlimli detalı, əlbəttə, nəhəng buynuzlarıdır. Amma buynuzların arxasında xeyli maraqlı biologiya, Afrika xalqlarının tarixi və hətta rekordlar gizlənir. Bəs bu nəhəng buynuzlu heyvan necə yaranıb? Deməli, Ankole-Vatusi hansısa…

Davamı

Afrika kəlləri «mənəm-mənəm!» deməklərinə görə ancaq timsah və begemotlardan geridə qalırlar

  Fotoları çəkdiyim məkan: Mörçison qoruğu (Uqanda) Afrika kəli zahiri görünüşdən dilsiz-ağızsız cuvanəzənə bənzəyir, amma xətrinə dəyəndə çox təhlükəli bir monstra çevrilirlər. «Mənəm-mənəm!» deməklərinə görə ancaq timsah və begemotlardan geridə qalırlar.   Orta çəkiləri 700-800 kiloqrama çatan bu cütdırnağlıların bədəninin ölçüsü 3 metrdən də çox ola bilər. Qoca fərdlər var ki, çəkiləri 1 tonadək olur! Dişilər erkəklərdən…

Davamı

Dişi konqoniləri «bişirmə» prosesləri digər antiloplardan fərqlənir…

📷  Fotoları çəkdiyim məkan: Uqanda Konqoni və ya adi bubal və ya inək antilopu və ya çöl bubalı, sözün düzü, ilk dəfədi rastıma çıxırdı. Qəribə kəllə forması vardı, sanki hər iki tərəfdən rəndələnmişdi. Amma, nə qədər də olsa, o da özünə görə antilopdur. Odur ki, CV-nə bir nəzər salaq.   Bədəninin uzunluğu 2-2,5 metrədək, boyu 130…

Davamı