Bu gün isə Omo Vadisinin ən çoxsaylı əhalisi olan Konso qəbiləsi ilə tanış edəcəm sizi. Orda dedilər 250 mindən çoxdu sayları, Google deyir 500 min… Dəqiq bilən yoxdur.

Yaşadıqları yer daş terasları və möhkəmləndirilmiş yaşayış yerləri olan quraq bir ərazidir. Landşaftları yerli icmaların ümumi dəyərlərini, sosial birliyini və mühəndislik biliklərini nümayiş etdirir. YUNESKO da götürüb bu landşaftı Dünya İrs Siyahısına daxil edib.

Konsolar digər qəbilələrdən fərqli olaraq turistlərə o qədər də üz vermirlər. Amma suvenir alma, ödənişli fotosessiya etmə ehtimalına görə arabir üzümüzə xoş baxırdılar.

800 ildən çox yaşı olan kənddə yeni nəslə yer çatmır artıq. Ona görə də ailənin böyük oğlu istisna olmaqla (ev-eşik böyük oğula qalır həmişə. O həm də valideynlərin də qayğısına qalır) digər oğulları artıq ətraf ərazilərdə məskən salırlar. Elə buna görə də qonşularla periodik konfliktləri olur. Adətən bu konfliktdə konsolar qalib gəlirlər, çünki sayları da çoxdu, özləri də güclüdürlər. Dost filan da hərləmirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir