Uqanda kişisi tənha qadın görəndə özündən asılı olmayaraq ürəyi ağrıyır. Pis mənada yox, mərhəmət hissiylə ona intim anları yaşamağı təklif edir ki, barı təkliyinə bir pozitivlik qatsın. Bizdə necə sidqi-ürəkdən avtobusda-zadda kiməsə yer veririk e, onlarda da eyni düşüncəylə bunu təklif edirlər.

Bizim tur rəhbəri (foto) qız deyir ki, o qədər yazığları gəlir ki, mənə, lap kompleks hissi keçirirəm. Yorulmuşam hamıya deməkdən ki, Allah haqqı darıxmıram.

Sürücümüz çox mədəni, alicənab orta yaşlı kişi idi. Qıza ilk ürəyiyanan o olubmuş…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir