Nəhəng tısbağalı Türmə adası

Türmə adasına Zənzibar arxipelaqının mərkəzi – Stone Town-dan qayıqla 20 dəqiqəyə çatdıq. Babbalaca da adadır, 15-20 dəqiqəyə gəzə-gəzə perimetri boyunca başa vurmaq olur. Özü də hansısa bəxtəvərin şəxsi ərazisidir. Adanın rəsmi adı Changuu Private Island Paradise-dir. 1860-cı ilədək üzünə baxan yox idi. Daha sonra isə özünü pis aparan qulların saxlanma məkanı olub. 1893-cü ildə burada qulların saxlanması üçün böyük türmənin …

Tənbəl və baş barmağsız ağ-qara kolobuslar

Dünyaya bir balaca qəm-qüssə-kədər dolu baxışlarla baxan ağ-qara kolobuslar ekvatorial Afrikanın yamyaşıl fonunda əməllicə seçilirlər. 40-70 sm-lik boyu, 5,4-14 kq çəkiləri olan bu kolobuslar, demək olar ki, hündür ağaclardan yerə heç enmirlər. Ona görə də yemək-içməklərinin 80%-ni yarpağlar təşkil edir. Bunlara deyən lazım ki, böyrü-başınız o qədər mer-meyvəylə doludu, nə görmüsüz bu azkalorili yarpağda? Deyən olsa, cavab o olacaq ki: …

Uqandadakı yemək-içmək neçəyə başa gəlir?

Uqandada yolüstü bazardan seçmələr. Bu cür bazarlarda qiymətlər, əlbəttə ki, daha ucuzdur. Onu da qeyd edim ki, meyvə-tərəvəzin dadına söz ola bilməz: ləzzzzzzət! Market filanlardakı yemək-içməyin təqribi qiymətləri isə belədir: Su, 1,5-litrlik qabda – 0.95 ₼ Süd (1 litr) – 0.97 ₼ 1 buxanka ağ çörək (500 q) – 1.50 ₼ Ağ düyü (1 kq) – 1.90 ₼ Toyuq yumurtası …

Ağac şirlərinin vətəni

Uqandanın qərbindəki Queen Elizabeth qoruğunda yağış mövsümündə yer bataqlığa çevrildiyindən yerli şirlər günün əsas hissəsini ağaclarda keçirirlər. Elə buna görə də onlara ağac şirləri deyirlər. Bələdçinin dediyinə görə, onları görmək üçün bəzən gəlib 2-3 gün çadır qurub gözləyənlər də olur. Çadırım əlimdə qaldı: həmən gördüm. Vergiliyəm :)    

Suyun da öz keçisi varmış. Tanış olun…

📷 Fotoları çəkdiyim məkanlar: Uqanda, Tanzaniya   Adi su keçisi adlı antilop da var, deyim bilin. Peşman olub arada suya girib yosun-filandan yeyirdi. Bir de onda ayılıb ki, bir adı iki olub. Naəlac qalıb adlarına layiq əməllicə üzməyi də öyrəniblər.   🦌 Afrikada Böyük səhradan cənubda bolluca yayılıb. Erkəy fərdlərinin boy-buxunu 130 sm, çəkisi 250 kq-dək olur, 30-100 sm-lik buynuzları …

Dovşansifət Kap Damanı

📷 Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)   Bu fotodakı dovşansifət var a – bax, o, məni öz dalıyca 1 saat çapdırıb. Savannanın qayalıqlarında ölçüsü 30-58 sm olan bu heyvancığazı görüb görməmişləyimə salıb fotoaparatımla qoydum e üstünə ki, aman gündü, gözdən itirərəm, qalaram fotosuz. Nəhayət uzun sürən tərtökmədən sonra fotolarını çəkə bildim. Özümlə bir partiya qürur duya-duya yollandım nahar yeri üçün …