Planetimizin səthinin 70%-ni su təbəqəsi tutur. Bilirsiz bu təbəqənin ən zəhərli varlığı kimdir? Deyirəm.
Ümumiyyətlə "qutucuq meduza" deyəndə ağlınıza nə gəlir? Bankada saxlanılası ya da qurudulub broşka əvəzi taxılası başıaşağı, Allahın dilsiz-ağızsız meduzası? Yaxşı, bəs "dəniz arısı" deyəndə? O biri adıdı. 2-ci addan amma nəsə bir balaca qan iyi gəlir elə bil. Əslində isə bir balaca…
Asiya Davarbaşı adlı balıq cütlüyü Yaponiya, Koreya yarımadası sahillərində 1 metrlik, 14 kq-lıq əndamlarını mavi sularda yellədirlər. Yaponlar onlara Kobuday da deyirlər. 40 il yaşayırlar.
Mehribancasına da yaşayırlar. Övlad istehsal edib bəsləyir, hər axşam külfətini başına yığıb okean sularında gəzməyə çıxırdılar. İllər ötür, arvadın ölçüsü kritik həddə çatanda (təqribən 10 yaşında) fikir verir ki, kişinin nəsə…
Asclepias variegata bitkisi var, Şimali Amerikada qeydiyyatdadır. Elə ki xəbər tutur Meksikadakı monarx kəpənəklərinin kütləvi gəlişi gözlənilir, tezbazar başlayır çiçək açmağa. Açır oturur hazır. Kəpənək də uçur gəlir gözlərinə inanmır ki, ilahi, bu nə cənnət guşədi mən düşmüşəm!
Çiçək kəpənəyi niyə gözləyər? Təbii ki, tozlanmaq üçün. Amma bu monarx kəpənəyi guya ağıllıdı da, bitkidən nektar çəkib,…
Yalnız Borneo adasında yaşayan uzunburun meymun və ya kahauların burunlarıyla bağlı çoxlu versiyalar var. Bəziləri iddia edir ki, iri burun suda üzərkən nəfəs almaq üçün xidmət edən boru rolunu oynayır. İddia edib sonra da özlərinə sual verirdilər ki, elədirsə, bəs niyə daha kiçik burunlu dişilər üzərkən batmırlar?
Sonra dedilər iri burun bədən temperaturlarını tənzimləmək üçündür. Bu…
Timsahlar şirin suların ən yırtıcı varlığı sayılırlar. Ərazilərinə xor baxanları böyrü üstə qoymağa hər zaman hazırdırlar. Lap begemotlar kimi. Tərslikdən hər ikisi çox vaxt bir-birilərinin qonşuluğunda olurlar.
Begemot ət yeməsə də nervləşəndə timsahı parçalamağa hər zaman hazırdır. Ən çox da böyründəki balasına qarşı təhlükə hiss edərsə. Və ya ərazisinə soxulan qonaqdan gözü su içməsə. Göründükləri kimi…
