Deməli, 88 saatlıq uçuşdan sonra nəhayət Yaponiyaya gəldik. Dedilər birbaşa Yapon hamamına gedib yolboyu təyyarədə yatıb gördüyümüz yuxuları Yapon sularına danışıb, çimişib yorğunluğumuzdan hifz olasıyıq. Elə təzəcə hamama qədəm qoymuşduq ki, xəbər gəldi: kimin tattoo-su var bintlə bağlasın, görünməməlidir… Sən demə, tattoo-lu ziyarətçiləri Yaponiyadakı əksər otellər qəbul etməkdən imtina edirlər. Bunu həm də Yaponiyanın Milli Turizm Agentliyinin sorğusunun nəticələri də təsdiq edir. Çünki tattoo ölkədə yakudza (mütəşəkkil cinayət forması) ilə assosiasiya olunur. Ölkədəki otellərin 55%-i turistlərə qarşı bu cür qadağa tətbiq edir. Cəmi 31%-inin vecinə deyil tattoo var ya yox, 13%-i isə tattoo-larını üstünü örtmək şərti ilə bu turistləri qəbul edə biləcəklərini bildiriblər.
Mənim isə qəbahətim lap böyük idi: tattoo-m olmağı bəs deyil, hələ bir arsız-arsız yapon iroqliflərindən ibarət tattoo idi. İdi deyəndə ki, indi də var.
Nəysə, kor-peşman getdim bir küncdə yıxıldım yatdım. Qaldım hamamsız.