Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)
XALLI GİYENA (KAFTAR)
Bu biçarə heyvanın elə adı gələndə artıq adamın canına ürpəşmə düşür. Belə baxanda, düz eləyir düşür. Çünki aslanların şikarını caynaqlarından alıb özlərini isə ağaca dırmaşmağa məcbur edən, bəbirlərə meydan oxuyan heyvandır bu. Şaqqanağa bənzər çıxardıqları o səsdən adamın tükləri də biz-biz olur. Zahiri görünüşü…
1-Cİ SƏHV: «UCUZ OLSUN» DEYİB MƏRKƏZDƏN KƏNARDA OTEL AXTARMAQ
Bəzi hallarda bu, həqiqətən də sərfəli ola bilər, məsələn, avtomobilimiz varsa. Mərkəzdən kənardakı otellər həqiqətən ucuz ola bilər, amma bir balaca. Oteldən mərkəzə gedib-gələcəyiksə, onda üzü astarından baha başa gələcək. Bu bir. İkincisi, mərkəzə yaxın otelə arabir gedib kəlləni atıb yatma imkanımız da olacaq.…
📷 Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya )
Saatda 80 km sürətlə qaçaraq 3 metr hündürlüyə tullanmağı azmış kimi, 10 metr uzunluğa da imza atan impala antilopu ! Bu, hər antilopun işi deyil! Həm də bunu ancaq vəhşi heyvanların hücumundan qurtulmaq üçün etmirlər, arabir mırtçün də.
Amma bütün bunlara baxmayaraq çox da…
📷 Fotoları çəkdiyim məkan: Kosta-Rika
Bəni insan görüb meşədən tullana-tullana çıxıb gəlib "sən o gözəlin canı!.." sifətiylə tezbazar yeməyimizə şərik olub o minvalla da qayıtdı meşəyə.
Uzun burnu, yenotdakı kimi iri olmayan göz və bədəni - bu, koatidir . Rusca «носуха» deyirlər. Mərkəzi və Cənubi Amerikanın tropiklərində məskən salıb.
✯…
Kosta-Rikada Afrika safarisi parkı. Mən də kök almışdım bunlar üçün. Hamısını özüm yedim...
Zürafələrdə də az yoxdu e, danışım?
1. Əsnəməyi bacarmayan yeganə məməli heyvandırlar.
2. Əvəzində böyürə, fışıldaya, yüngülvarı nərildəyə və vıyıldaya bilirlər. Bütün bu səslərdən öz aralarda əngə vermək üçün istifadə edirlər.
3. Dilinin uzunluğu 50 sm-dək olur. Özü də qara rəngdədir.
4. Təkcə boynunun yox, həm də quyruğunun uzunluğuna görə də heyvanlar aləmində rekordçular siyahısındadır: 2,5 m!
5. Soğan…
İlk dəfə Kosta-Rikada gördüm onu. Daha doğrusu əvvəl buynuzunu, sonra da özünü. Sonradan bildim ki, bunlar heç Mərkəzi Amerikanın yerli heyvanları deyilmiş. Əslən Afrikadan olan Ankole-Vatusi cinsiymiş.
Onun ən gözəgəlimli detalı, əlbəttə, nəhəng buynuzlarıdır. Amma buynuzların arxasında xeyli maraqlı biologiya, Afrika xalqlarının tarixi və hətta rekordlar gizlənir.
Bəs bu nəhəng buynuzlu heyvan necə yaranıb? Deməli, Ankole-Vatusi hansısa…
📷 Fotoları çəkdiyim məkanlar: Tokyo, Osaka, Kyoto (Yaponiya)
Yaponiyada uşaq 5 yaşınadək «olmaz», «pisdir», «təhlükəlidir» kimi kəlmələri eşitmir. Daha doğrusu, bunu ona deyən olmur. Heç nədə də qadağayla üzləşmir. Qışqır, bağır, sök, dağıt, yıxıl - heç kim buna görə cəzalandırmayacaq. Çünki ikudiz prinsipinə əsasən, uşaq bu minvalla idrak fəaliyyəti ilə məşğul…
Deməli, 88 saatlıq uçuşdan sonra nəhayət Yaponiyaya gəldik. Dedilər birbaşa Yapon hamamına gedib yolboyu təyyarədə yatıb gördüyümüz yuxuları Yapon sularına danışıb, çimişib yorğunluğumuzdan hifz olasıyıq. Elə təzəcə hamama qədəm qoymuşduq ki, xəbər gəldi: kimin tattoo-su var bintlə bağlasın, görünməməlidir… Sən demə, tattoo-lu ziyarətçiləri Yaponiyadakı əksər otellər qəbul etməkdən imtina edirlər. Bunu həm də Yaponiyanın…
