Adam da kenquru olanda gərək kenquru kimisindən olsun. Kimə desən inanmaz: kisəsində balası ola-ola qəfildən hamilə qalan kenquru hamiləliyini müvəqqəti dondura bilir. “Balamsan, sən bir az xəttdə qal, qardaşıvı (bacıvı) bir balaca ayağa qaldırım, sonra sənlə məşğul olacam” filan.

Adının da çox məzəli tarixçəsi var. Deməli, avropalılar ilk dəfə Avstraliyaya qədəm qoyanda kenqurunu görüb şoka düşüblər. Özlərinə gələndən sonra yerli aborigenlərdən soruşublar ki “Siz Allah, bu nədi belə?” Sualı öz dillərində veriblər, aborigen yazıqlar da deyiblər ki: “Ken-qu-ru”, yəni “Mən başa düşmürəm”. Vəssalam. Odu-budu adı qalıb kenquru.

60-dan çox növü var kenqurunun. Ən kiçiyi vallabidir (70 sm-dək boyu, 7-25 kq çəkisi). Ən böyüyü də qırmızı kenquru. Onun boyu normal insan boyundan da hündür olur, çəkisi də təqribən 90 kq.

Möhkəm arxa ayaqlarının hesabına kenquru olmazın oyunlar çıxarır, 3 metr hündürlüyədək olan maenələri tullana bilir. Uzunluğa isə – 9-12 metrədək! Özü də ancaq irəliyə tullana bilir. Sürəti də saatda 60 km. Qaçış zamanı quyruğunın sayəsində tarazlığı da düz-qoş edir.

Yedikləri otdur. Susuz bir neçə ay dolana bilirlər.

Dişilər hər il doğmağa əhd eləyiblər. Hamiləlik dövründə də özlərini əziyyətə salmırlar. Bu dövr cəmi 27-40 gün davam edir. Babbalaca cücüdən bir az böyük olur balaları. Özü də tükləri olmur, gözləri bağlı, bədən üzvləri də inkişaf etməmiş viddə. Ana kenquru balanı 10 ayadək torbasında gəzdirir, südlə qidalandırır. Qidalandırması da marağlıdı. Ananın 4 süd vəzisi var və körpənin inkişaf mərhələsinə uyğun olaraq hər bir vəzi fərqli-fərqli, eksklüziv tərkibə malik süd istehsal edir. 10 ayadək anası gəzdirir, sonra bala artıq özü qərar verir qalsınmı torbada, ya getsinmi. Əzələ hesabına dişi torbasının ağzını bağlaya ya aça bilər. Bala torbada ola-ola hətta üzə də bilər və bir damcı da su torbanın içinə düşmür.

360 dərəcə fırlana bilən sanballı qulaqlarının hesabına kenqurular vəhşi heyvanları, insanları uzaq məsafədən çox yaxşı eşidir. Eşidir və təhlükə duyunca həmkenqurularını ayaqlarını yerə çırpmaqla xəbərdar edir. Kimisə tutub çiləməklə araları sazdı. İti caynaqları və möhkəm arxa ayaqlarının sayəsində insanın də həyatına son qoya bilər.

Avstraliyada 50 milyonadək kenquru yaşayır. Bu o dəməkdir ki, Avstraliya əhalisindən demək olar ki, 3 dəfə çoxdur bunların sayı.
Kilosu 17 Avstraliya dollarına kenquru ətinı Avstraliyada almaq olarmış. Rəvayətə görə, dadı mal ətinin dadına oxşayır, amma kökəldmir adamı.
16 ilədək yaşayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir