Niyabədlik gətirən ya müqəddəs sayılan tacdar durnalar

Durnakimilər ailəsinin 14 növü var, bilirdiz? Hər bir növü də özünəməxsusluğu ilə digərindən fərqlənir. Onların içərisində ən gözəgəlimlilərindən biri də tacdar durnadır. Vid-fasonu və həyat tərzi ilə həmdurnalılarından fərqlənir. Beynəlxalq Qırmızı Kitaba adı düşən bu durna, əsasən, Şərqi və Qərbi Afrikada yayılıb. Lap əvvəllər Avropa və Şimali Amerikada da yaşayıbmışlar. Buz dövrü gələr-gəlməz oralarda qeybə çəkiliblər. Boyları 105 sm-dək olur, …

Dovşansifət Kap Damanı

📷 Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)   Bu fotodakı dovşansifət var a – bax, o, məni öz dalıyca 1 saat çapdırıb. Savannanın qayalıqlarında ölçüsü 30-58 sm olan bu heyvancığazı görüb görməmişləyimə salıb fotoaparatımla qoydum e üstünə ki, aman gündü, gözdən itirərəm, qalaram fotosuz. Nəhayət uzun sürən tərtökmədən sonra fotolarını çəkə bildim. Özümlə bir partiya qürur duya-duya yollandım nahar yeri üçün …

Aslanı belə ağaca dırmaşdıran giyena (kaftar)

Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)   XALLI GİYENA (KAFTAR)   Bu biçarə heyvanın elə adı gələndə artıq adamın canına ürpəşmə düşür. Belə baxanda, düz eləyir düşür. Çünki aslanların şikarını caynaqlarından alıb özlərini isə ağaca dırmaşmağa məcbur edən, bəbirlərə meydan oxuyan heyvandır bu. Şaqqanağa bənzər çıxardıqları o səsdən adamın tükləri də biz-biz olur. Zahiri görünüşü də, maşallah, adamın ürəyini bulandırır. Amma …

Katib quşu: ilanların qənimi

Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya) İlancıllar və ya katib quşu (rusca – птица секретарь, latınca – sagittarius serpentarius) Afrikadakı ilanların 1 nömrəli düşmənidir. Elə buna görə də bu quş yerli əhali arasında yetərincə hörmət-izzət sahibidir. Bəzi kəndlərdə zəhərli ilanlardan, siçan və siçovullardan qorunmaq üçün də onu saxlayırlar. Quşun gərək quşu olsun: hətta Sudan və CAR-ın gerblərində də katib quşu əks …