İldə 1500-2000 adamı böyrü üstə qoyan timsahlar

 Fotoları çəkdiyim məkanlar: Tanzaniya, Kosta-Rika Timsahlar suda-quruda hərlənənlər arasında begemotlardan sonra insanları böyrü üstə qoymaq üzrə rekordsmendirlər. İldə 1500-2000 adamın həyatına xor baxırlar. 🐊 Adının mənası yunancadan «daş soxulcan» deməkdir. 🐊 250 milyon il əvvəl Yer üzündə ilk timsah peyda olub. O vaxtlar ancaq quruda yaşayırdılar, sonradan «kimin oğlundan əskiyik?» deyib yavaş-yavaş suya da baş çəkməyə alışdılar. 🐊 Timsahlar içində ən böyüyü dəniz …