Siz heç mələyin şeytanı tutub çiləməyini eşitmişdiz? Gəlin, onda agah edim sizi.
Soyuq şimal sularının 500 m dərinliklərində dəniz mələyi deyilən bir varlıq yaşayır (video). Həqiqətən mələk kimi görkəmi var. Adam istəyir ağzını ayırıb saatlarla tamaşa etsin ona. Üzgəc rolunu oynayan qanadları da var. Elə ona görə də onları qanadayaqlılara aid ediblər. Bütün günü suda o…
Bir dənə maral növü var, adı da muntjak. Bütün nə ki, otyeyən heyvan var - hamısının zəhləsi gedir ondan. Paxıllıqdan. Çünki muntjak təkcə ot yeməklə kifayətlənmir. O həm də ət yeyir. Başqa otyeyən həmmarallarına yer eləyən erkək muntjakın köpək dişləridi həm də. Hər dəfə rastlaşanda "Maralsan da, o nə dişlərdi, sən Allah?!" deyib həyatdan küsdürmək…
Düzünü deyin, axırıncı dəfə nə vaxt ilbizə tumar çəkmisiz, hal-əhval tutmusuz, çanağına 5-10 manat basmısız? Allah bilə meyvə ağacında, tənəkdə görəndə ya tutub vızıllatmısız bir kənara, ya da dərman alıb səpələmisiz həmin yerə ki, ziyan verir, hə?
Amma o, cupbululuğuna baxmayaraq, çox da maraqlı varlıqdır. Özü də 600 milyon il əvvəl peyda olublar planetimizdə.
Götürək elə üzüm…
Canavar deyəndə ilk olaraq məğrur bir canlı gəlir gözümüzün qabağına. Mütləq də alfa-erkək və ya alfa-dişi obrazında. Sürüləri, adətən, qohumluq xəttinin sayəsində yaranır. Amma buna baxmayaraq iyerarxiya haqq-hesablarına çox ciddi əməl olunur, böyük-kiçik, zəif-güclü, başçı-qulluqçu-filan söhbəti həmişə nəzarət altında olur.
Sürüdə alfadan (sürü başçısı) əlavə, bunun betası da var və onun ən son pilləsində omeqa-canavarı da.…
Yolka oyuncağı ya pambıq parçası deyil ki. Yalnız Yaponiyanın Hokkaydo adasında yaşayan Cənubi Yaponiya uzunquyruq arıquşusudur (yaponlar ona "şima-enaqa" deyirlər, tərcüməsi də "uzunquyruq ada quşu"). Elə uzunquyruq arıquşunun 23 növündən biridir.
13-15 sm-lik ölçüləri (onun da yarısı quyruğun payına düşür), 10 qramadək çəkiləri olur. Digər arıquşularında olan qaşlar bu növün nümayəndələrində böyüdükcə yoxa çıxır, olurlar ağappaq…
Əlinizə 67.000 dollar düşən kimi o dəqiqə qaçırsız ev, maşın almağa. Xalxın kişiləriysə o pula keçi alır. Bir ədəd. Özü də Dəməşq keçisi (və ya şami).
Yox, süd əvəzi "Şato Muton-Rotşild" çaxırı sağmırlar ondan. Sadəcə ekzotik vidinin sayəsində belə tutub özünü. Həm də çox məhsuldardır.
Balaca olanda adam tutub çiy-çiy yemək istəyir onu. 30 sm-dək olan uzun…
