Baytarlar itlər üçün dəhşət zərərli sayılan yeddi haqq-hesabla bölüşüblər.

Çoxumuz it saxlayırıq. Yaxşı da baxırıq onlara. Amma elə ərzaq və ya dərman preparatları var ki, onları itə versək, aqibəti acınacaqlı ola bilər. Bu barədə “𝙐𝙥𝙥𝙚𝙧 𝘾𝙖𝙣𝙖𝙙𝙖 𝘼𝙣𝙞𝙢𝙖𝙡 𝙃𝙤𝙨𝙥𝙞𝙩𝙖𝙡” xəbərçilik edib. Bu siyahıda nələr var?

1-ci yerdə “𝐈̇𝐛𝐮𝐩𝐫𝐨𝐟𝐞𝐧” preparatıdır. Ümumiyyətlə bütün ev heyvanları üçün çox toksikdir. Onu hətta itlər üçün ağrıkəsici kimi də istifadə etməyi məsləhət görmürlər.

2-ci yerdə dilsiz-ağızsız 𝐚𝐯𝐨𝐤𝐚𝐝𝐨 meyvəsidir. Tərkibində bir çox ev heyvanları üçün zərərli olan persin olduğuna görə. Meyvəsində həm də çoxlu miqdarda yağ olduğu üçün itlərdə pankreatitin (mədəaltı vəzinin iltihabı) inkişafına səbəb ola bilər.

3-cü yerdə 𝐬𝐚𝐫ı𝐦𝐬𝐚𝐪𝐝ı𝐫. Təbii ki, heç kim bilərəkdən götürüb itə sarımsaq verməz. Amma muğayat olun ki, özü tamah salmasın ona. Əksər itlər üçün sarımsaq çox zəhərlidir. Bunun səbəbi sarımsağın qırmızı qan hüceyrələrini məhv etməsi və ev heyvanlarında anemiyaya səbəb ola bilməsidir ki, bu da solğun rəngli damaq və sürətli ürək və ya nəfəs alma ilə ifadə edilir.

4-cü yerdə bütün növ 𝐮̈𝐳𝐮̈𝐦𝐥ə𝐫, 𝐤𝐢𝐬̧𝐦𝐢𝐬̧, 𝐪𝐚𝐫𝐚𝐠̆𝐚𝐭𝐝ı𝐫. Bu meyvələrin itlər üçün zərərli olan dəqiq komponenti hələ də məlum deyil, amma bu, onlarda ağır böyrək çatışmazlığına səbəb ola bilər.

5-ci yeri 𝐬̧𝐨𝐤𝐨𝐥𝐚𝐝 tutur. Çoxumuz bilirik ki, şokoladın (əsasən də tünd şokoladın) tərkibində müxtəlif kimyəvi maddələr var. Biz onu gözümüzə təpib heç bir xoşagəlməz fəsadla üzləşməyə bilərik, amma itlər onu çox çətin həzm edir.

6-cı yerin yiyəsi 𝐬𝐨𝐠̆𝐚𝐧𝐝ı𝐫. Onun da tərkibindəkilər it üçün çox toksik ola bilər.

7-də 𝐬𝐚𝐪𝐪ı𝐳𝐝ı𝐫. Ksilit tərkibli saqqız 15-cə dəqiqə ərzində itdə böyrək çatışmazlığına səbəb ola bilər.

Muğayat olun onlardan

🧡

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir