Bir xeylaq vaxtdır həkimlə faizə işləyən kraliça arı təzə müştəri tapmışdı.

– Doxtur, fotomodel müştəri gətirmişəm. Pula pul demir! Özü də dərinliklər kraliçasıdı: 250 metrdən vurub 6 kilometrdən çıxır! Necədi?

– Əleykimə salam! Mənim nəyimə lazım kim hardan vurur-çıxır?! Obeddi e özü də, nə fotomodel?

Sözü bitməmiş bir də gördü otağda uzun nəsə peyda oldu.

– Diridi bu?

– Özü də necə!

– Laldı?

Müştərinin sifəti çöndü:

– Lal düşmənim olsun! Adım Üçayaq balıqdı.

– Səallah?! Şikayətin nədəndi, a Üçayaq balıq?

– Özümü doyuzdura bilmirəm. Elə niyə baxırsız? Yeməyi deyirəm. Yeyirəm e, amma doymuram. Bəlkə qarnımda qurd var?

– Qarnında nə var bilmirəm, amma beynində dəqiq nəsə sboy gedib. De görüm yeyib-içəndə üzün hara olur: axınla bir istiqamətdə, ya axına qarşı?

– Əlbəttə axınla bir istiqamətdə. Əgər fikirləşirsizsə gözəlin ağlı topuğunda olur – səhviniz var! Gözəl olduğum qədər də yetərincə ağıl sahibiyəm. Şair bu yerdə çox gözəl deyib…

– Saxla bir dəqiqə. Bu yaşa çatıb acından ölməmisənsə – Allahıva şükr elə. Böyüyün deməyib – mən deyirəm. Qeyd elə. Üçayaq balıqlar həmişə axına qarşı dayanıb qidalanırlar. O forslandığın 1 metrəlik 3 ədəd ayaqlarıvı suyun dibinə pərçimləyərək. Eləcə ağzıvı ayırıb durursan, axının gətirdiyi nə ki yeyib-içmək var hamısı özü gəlib dolur qarnıva.
Bir sual verim, amma incimə. O başındakı 2 ədəd zadı da yəqin çolka bilirsən, elə?

– Nəsə var ki başımda?

– Forsun okeana sığmır, amma baş-gözündəkilərdən özüvün, xotya bı ərivin xəbəri yoxdu? Var nəsə başında! Özü də 1 cüt.

𝐾𝑟𝑎𝑙𝑖𝑐̧𝑎 𝑎𝑟ı 𝑚𝑢̈𝑑𝑎𝑥𝑖𝑙ə 𝑒𝑑𝑖𝑏 𝑟𝑒𝑧𝑘𝑖 ℎə𝑘𝑖𝑚𝑖𝑛 𝑞𝑢𝑙𝑎𝑔̆ı𝑛𝑎 𝑝ı𝑐̧ı𝑙𝑑𝑎𝑑ı:

– Hermofroditdi, doxtur. Ər tapanda üzgəcini sevindiyindən göyə atır. Biz göyün üzündə ər tapa bilmirik, bu yazıq 6 km dərinlikdə hardan tapsın kişini? Bəxtəvərin həm kişi reproduktiv orqanı var, həm də qadın. Bolluğuna düşüb. Ər tapa bilməyəndə elə özü təkbaşına kürü də istehsal eliyir, mayalandırır da.

– Qulağıma nöş diyirsən? Özü guya bilmir kimdi, nəçidi?
Ay üçayaq, bəs bu vaxtacan başındakı o antennaya bənzər üzgəclərivin sayəsində qarnıva gedir də nəsə. Şikar ona toxunanda başa düşürsən yeməlidi o, ya yox. Yeməlidirsə, o antennalar əl rolunu oynayır, birbaşa ötürür qidanı ağız nahiyəvə. Amma bütün bunları axına qarşı dayanıb etməlisən ki, doyasan.

– Siz doxtur deyilsiz, siz mələksiz! Bir bilsəz nə boyda yardım etmiş olduz mənə! Atalar çox gözəl deyib: “Antennasız başın bərəkəti də bir qəpiklik olar”.

– Az, gicdəmə. Yola sal bunu getsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir