Su boşqabı, Su qarğıdalısı, Daçoço, Mururu… Ağızlarına gələn adları qoyurdular bu bitkiyə hindular. Metrikadakı adı isə Amazoniyalı Viktoriyadır (İngiltərə kraliçasına ithafən). Ən böyük su zanbağıdı dünyada. Zanbaqdı deyə adam fikirləşir ki, yəqin başıaşağı ev bitkisidi. Amma elə deyil. Naturalnıy cəlladdır. Digər bitkilərə qarşı. Hamısı da niyə? Ölür yaşamaqdan ötrü

. 1800-cü illərdə fransız, alman və ingiltərəli alimlər arasında qırğın gedirdi. Hər biri iddia edirdi ki, bu bitki haqda ilk məlumatı məhz o əldə edib. Vətəni Cənubi Amerikadı. 1849-cu ildə viza məsələsini zadı həll edib nəhayət gətirirlər onu İngiltərəyə. Hamı görüb valeh olurdu ona. Zahirən həqiqətən möhtəşəmdir. Amma o möhtəşəmliyə gələn yolu yamanca məşəqqətlidir. Özü üçün yox, ətrafında bitənlər üçün.

Nə oyunlardan çıxdığını isə qısa şəkildə videoda qeyd etmişəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir