Bu yazığa ad fikirləşməkçün də özlərini əziyyətə salmayıblar e.
Deməli, uzaq 1780-ci ildə fransız təbiətşünası P.Sonner Madaqaskarda olanda gözü bir əndrabazi heyvana sataşıb. Tutub gətirib yerlilərə göstərib ki, “siz Allah, bu nə olan şeydi, mənə də deyin”. Yerlilərin də, sən demə, heç özlərinin də xəbəri yox idi bu zaddan, görən kimi “ay-ay” bağırıb həşirə düşüblər ki “bu nədi gətirmisən?!” Sonner də deyib: “Çox sağ olun. Elə innən sonra bunun adı oldu ay-ay”.

Ay-aya baxanda adama elə gəlir ki, ona 3-4 dəqiqə əvvəl elektrik stulunda işgəncə veriblər: pırtlamış gözləri, keçəlvari başı, belində vız vuran tükləri, yolunmuş quyruğu, əyri barmağları… Nə ki rüsvayçılıqlar var – ana təbiət, sağ olsun, bundan əsirgəməyib. Xəcalət çəkə-çəkə kişi kimi 25 il yaşayır amma. Yeri gəlmişkən, ancaq Madaqaskar adasının şimal hissəsində yaşayır.

Gündüzlər yatır, gecələrsə iri gözlərini bekar qoymayıb ova çıxır. Çəkisi 3 kq, bədəni 40 sm, quyruğu isə yarım metrdən çox. Dişləri də gəmiricilərdəki kimi həmişə böyüyür. Ay-ayı başqa heyvanlardan fərqləndirən həm də uzun orta barmağıdır. Sanki onu da sonradan gətirib əkiblər əlinə: tüksüz, uzun, quru çubuğdu elə bil. Çörək ağacıdı amma o çubuq! Petlə kimi əyib ağacları tıqqıldadıb həşərat axtarır. Yarasalar kimi kor-koranə də olsa kiçicik səsi də hiss edirlər. Nəsə iştahaçan bir şeyin olduğuna əmin olandan sonra dişləriylə ağacın həmin yerini gəmirib dəlik açır və o çörək ağacını həmin yerə dürtüşdürüb ərazini barmağıyla skan edir. Həşərata ilişincə cəld caynağını işə salıb onu dəlikdən çıxarıb nuş edir (şərhdə videosu var). O uzun barmaqları olmadan ümumiyyətlə qidalana bilmirlər. Eksperiment kimi verilən dayaz plastik qabdakı kremi yemək üçün qabı üzüaşağı çevirib, altında dəlik açıb, yenə o barmağıyla çıxarıb yeyiblər.

Giləmeyvə, meyvə, göbələklərlə də arası sazdı. Suyu da bu barmağın köməkliyiylə içir: batırır onu suya, sonra da sourur.

Dişi fərdlərdə hamiləlik dövrü 170 gün çəkir. Özü də 2-3 ildə bir dəfə. Bala 7 ayadək ana südüylə qidalanır. Sonra da 1-2 yaşınadək anasının yanında qalır.

Kədərlidir, amma çox az qalıb bu ay-aylardan. Həm yaşadıqları ərazi kiçikdir, həm də XX əsrdə onların yaşadıqları meşələr qırıldığından yazıqlar insanlar olan yerlərə pənah gətiriblər, amma insanlar da cavabında qırıb-çatıblar bunları ki, ziyanvericidilər. 60-cı illərin sonunda Antonjil buxtasındakı adada ay-aylar üçün rezervasiya yaradılıb, adaya yerli əhalinin girişinə qadağa qoyulub. Adaya 5 dişi, 4 erkək fərd buraxılıb. Doqquzu da xoşbəxtlikdən adanı bəyəniblər. Sonradan belə rezervasiyaların sayı 16-ya çatdırılıb. 1994-cü ildə ay-ayların sayı artıq 1000-ə yaxın olub. Elə bu moment hücumlarına müdaxilə edə bilməyən heyvanların ucbatından bu say yenidən azalmağa başlayıb. Hal-hazırda cəmi 50 fərd qalıb. Heyf… 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close