Arxaya və başıaşağı uçmağı bacaran ən kiçik ölçülü quş: kolibri

📷 Fotoları və videonu çəkdiyim məkan: Kosta-Rika   Kolibridi. Yer üzündə ən balaca və geriyə də uçmağı bacaran yeganə quş sayılır. Bu hələ azmış kimi, saniyədə də 80-100 dəfə qanad çalır.   Növləri çoxdur. Hamısı da cubbulu. Həddi-buluğa çatmış, amma çəkisinə görə ən xudmanısı 3 qramadək olur.   Ən ağırçəkilisinin ölçüsü 21 sm, çəkisi isə 20 qramdır.   Geniş qəlbli …

Üzügülər ərincək

Bu da həyatının ən təhlükəli anında belə üzündən gülüş əskik olmayan ərincək (ленивец). Dedilər vətəni elə Kosta Rika filandır. Amma bu turistə hörmət qoymayanlar, sən demə, hündür ağacın kəlləsindən ancaq həftədə 1 dəfə, siz də məni bağışlayın, WC-yə getmək üçün düşürlər. Ona görə də onları görməyimizə ümidimiz artıq yox idi. Axıra yaxın bu yolunu azmışı gördük nəhayət! Hərəkət sürəti 1 …

İldə 1500-2000 adamı böyrü üstə qoyan timsahlar

 Fotoları çəkdiyim məkanlar: Tanzaniya, Kosta-Rika Timsahlar suda-quruda hərlənənlər arasında begemotlardan sonra insanları böyrü üstə qoymaq üzrə rekordsmendirlər. İldə 1500-2000 adamın həyatına xor baxırlar. 🐊 Adının mənası yunancadan «daş soxulcan» deməkdir. 🐊 250 milyon il əvvəl Yer üzündə ilk timsah peyda olub. O vaxtlar ancaq quruda yaşayırdılar, sonradan «kimin oğlundan əskiyik?» deyib yavaş-yavaş suya da baş çəkməyə alışdılar. 🐊 Timsahlar içində ən böyüyü dəniz …

Səyahət zamanı etdiyimiz 10 səhv

1-Cİ SƏHV: «UCUZ OLSUN» DEYİB MƏRKƏZDƏN KƏNARDA OTEL AXTARMAQ Bəzi hallarda bu, həqiqətən də sərfəli ola bilər, məsələn, avtomobilimiz varsa. Mərkəzdən kənardakı otellər həqiqətən ucuz ola bilər, amma bir balaca. Oteldən mərkəzə gedib-gələcəyiksə, onda üzü astarından baha başa gələcək. Bu bir. İkincisi, mərkəzə yaxın otelə arabir gedib kəlləni atıb yatma imkanımız da olacaq. Üçüncüsü, məzuniyyət zamanı hansısa iri şəhərdə dincəlmək …

Ev şəraitində insanlarla can deyib, can eşidən koatilər

📷  Fotoları çəkdiyim məkan: Kosta-Rika   Bəni insan görüb meşədən tullana-tullana çıxıb gəlib “sən o gözəlin canı!..” sifətiylə tezbazar yeməyimizə şərik olub o minvalla da qayıtdı meşəyə. Uzun burnu, yenotdakı kimi iri olmayan göz və bədəni – bu, koatidir. Rusca «носуха» deyirlər. Mərkəzi və Cənubi Amerikanın tropiklərində məskən salıb.   ✯ Yenotların ən yaxın qohum-əqrabalarındandılar. ✯ Öz qohumlarından fərqləndirən cəhəti …