Amerika

Ev şəraitində insanlarla can deyib, can eşidən koatilər

📷  Fotoları çəkdiyim məkan: Kosta-Rika
 
Bəni insan görüb meşədən tullana-tullana çıxıb gəlib “sən o gözəlin canı!..” sifətiylə tezbazar yeməyimizə şərik olub o minvalla da qayıtdı meşəyə.
Uzun burnu, yenotdakı kimi iri olmayan göz və bədəni – bu, koatidir. Rusca «носуха» deyirlər. Mərkəzi və Cənubi Amerikanın tropiklərində məskən salıb.
 
✯ Yenotların ən yaxın qohum-əqrabalarındandılar.
✯ Öz qohumlarından fərqləndirən cəhəti uzun burnudur.
✯ 10-20 fərddən (bəzən hətta 40) ibarət ailə şəklində yaşayırlar.
✯ Nə gəldi yeyirlər. Menyularında ət olanda özlərini lap xoşbəxt hiss edirlər. Arabir fermerlərdən cücə də əkişdirib ötürürlər içəri.
✯ Öz aralarında laqqırtı vurmaq üçün müxtəlif səslərdən (xorultu, qışqırıq, inildəmə, civilti) istifadə edirlər. Təhlükə duyunca dişi fərdlər əməllicə hürə də bilirlər.
✯ Kiçik və güclü ayaqlarının hesabına ağaclarda çox rahat var-gəl edirlər. Elə yuvalarını da ağacda qururlar.
✯ Ölçüləri 73-136 sm-dək olur. Quyruğu – 32-69 sm.
✯ Yaxşı ağaca dırmaşmaqlarından əlavə həm də üzgüçülük məharətləri də var. Yerdə tələsmədən hərəkət edirlər. Amma təəbi gələndə atdana-atdana da gedirlər arada.
✯ Ev şəraitində insanlarla can deyib, can eşidirlər.
✯ 2 yaşına çatan erkəklər xalaqızı-bibiqızıyla evlənməmələri üçün sürüdən didərgin salınırlar. Həddi-buluğa çatanda dişilərdən ibarət sürüyə müvəqqəti qəbul edilirlər. Qaz vurub-qazan doldurandan sonra yenidən mitillərini atırlar o üzə.
✯ 2-6 balaları olur. Doğulanda tüksüz, cəmi 75-80 qram olurlar. 24 gündən sonra artıq ətrafda baş verənləri seçə bilirlər.
✯ Vəhşi təbiətdə 7-8 il yaşayırlar. İnsanların himayəsi altında isə 20 ilədək.
✯ 30-dək növləri var.

Sizə maraqlı ola bilər...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir