Baxırsan ki, xudmani dilsiz-ağızsız quşdu, buna maksimum “motu quşu”, “şirinquş”, nəmm “aşkım quşu”, “apar məni servanta qoy” zad adını qoymaq olar. Amma buna cəllad quşu deyirlər. Deyirlər deyəndə ki, adı belədi. Adını latın dilindən tərcümə edəndə olan-qalan qara saçlarım da ağardı: əzab verən, qəssab…
Neyləyib, görəsən, bu biçarə? Sən demə, qəddarlığına görə hətta qartalı da geridə qoyub bu balaca drakulasifət.
Avrasiya, Şimali Amerika, Afrikada geniş yayılmış bu quşun ölçüsü 25 sm-dək olur, çəkisi də 70-cə qram. Zahirən digər sərçəkimilərdən onu fərqləndirən qüvvətli dimdiyidir. Namnazik ayağları var. Həmin o dimdiyin köməkliyi ilə şikarını ən posledniy quş kimi kiçik hissələrə parçalayır. Amma bunu adam balası kimi ayağları ilə tutub sonra dimdiyinə ötürmür. Çünki ayağının… gücü çatmır tutmağa.
Təkamülxanada dimdiyini qoyub qabağına bir xeylaq fikirıəşib ki neyləyim, nətər eləyim ki, acından qırılmayım? Çarəsini tapıb: şikarı birtəhər tutub ağac və kolların tikanına, bəzən hətta naqillərin üzərindəki itiuclu zadlara, mıx-mismara keçirib zərərsizləşdirir. Daha sonra da qüvvətli dimdiyi ilə həyat eşqiylə çırpınan şikar qəlbini parçalayır.
Rasionuna, adətən, həşəratlar, siçanlar, kərtənkələlər və kiçik ölçülü quşlar daxildir. Yeyə biləcəyindən daha çox sayda ov ovlayır. İçəri ötürə bilmədiyini də budağlara sancır, təəbi gələndə gəlib istifadə edir.
Hər gözəlin bir eyibi var demişlər. Bizimkinin isə bir eyibsizliyi var: çox qiryətli ailə baçşısıdır. Ləyaxlı yuva qurur, sonra dişini dəvət edir. Dişi qırt düşəndə onun yeyib-içmək məsələlərinə də özü baxır. Uşaqları köçürəndən sonra da ömürlərinin axırına kimi birlikdə yaşayıb yaradırlar.
10-15 il yaşayan bu köçəri quşların 10-a qədər növü var.