3000 ildən artıqdır ki, Tibetdə yaklar insanlara da çox yardımçı olurlar. Südündən, yunundan nuşicanlıqla istifadə edirlər. Hətta təsərrüfat işlərində kiçik traktoru da əvəz edə biləcək gücə malikdirlər. Hər biri 150 kiloqramadək yükü rahat daşıya bilirlər.
Bununla yanaşı, hörmət-izzət sahibidirlər. Özünə hörmət edən yak sahibi, məsələn, heç vaxt onun üstündə getməz, bəzəyib-düzəyib mütləq arxasınca aparacaq onu. İstisna hal uşaqları uzaq məsafəyə yola salanda olur. Hə, bir də qız gəlin köçəndə də yak üstündə köçür. Qədim adətdir. Həm də həmin yak elə qızın cehizi rolunu da oynayır.
Vəhşi Tibet yakları isə son zamanlar daha hündür yerlərdə məskən salırlar. Bəzən dəniz səviyyəsindən 6000 m hündürlükdə də. Tibetlilər onlara “dronq” deyirlər. Bu cür yaklar çox aqressiv olub insanlar üçün hər an təhlükə yarada bilərlər. Xüsusən də yaralı fərdləri. Qoxubilmə qabiliyyətləri yaxşı inkişaf etdiyindən hədəflərini uzaq məsafədən də hiss edirlər. Eşitmə və görmə qabiliyyətləri daha zəif inkişaf edib.
Əfsuslar olsun ki, vəhşi yaklar da “Qırmızı Kitab”ın ümidinə qalıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir