Suyun da öz keçisi varmış. Tanış olun…

📷 Fotoları çəkdiyim məkanlar: Uqanda, Tanzaniya   Adi su keçisi adlı antilop da var, deyim bilin. Peşman olub arada suya girib yosun-filandan yeyirdi. Bir de onda ayılıb ki, bir adı iki olub. Naəlac qalıb adlarına layiq əməllicə üzməyi də öyrəniblər.   🦌 Afrikada Böyük səhradan cənubda bolluca yayılıb. Erkəy fərdlərinin boy-buxunu 130 sm, çəkisi 250 kq-dək olur, 30-100 sm-lik buynuzları …

Dovşansifət Kap Damanı

📷 Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)   Bu fotodakı dovşansifət var a – bax, o, məni öz dalıyca 1 saat çapdırıb. Savannanın qayalıqlarında ölçüsü 30-58 sm olan bu heyvancığazı görüb görməmişləyimə salıb fotoaparatımla qoydum e üstünə ki, aman gündü, gözdən itirərəm, qalaram fotosuz. Nəhayət uzun sürən tərtökmədən sonra fotolarını çəkə bildim. Özümlə bir partiya qürur duya-duya yollandım nahar yeri üçün …

Savannanın ən sırtıq antilopu: Dik-dik

Elə adına layiq nərmə-naziklik etalonu, yalnız Afrikada yaşayan Dik-dik antilopu. Oyuncaq ölçülərinə rəğmən az aşın duzu deyillər. Çox da döyüşkən və hətta sırtıq xasiyyətlidirlər. 📷  Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)   🦌 Bu heyvanın cəmi 4 növü var. Əsas var-gəl etdikləri ərazilər də daş-qalaqlı, kollu-tikanlı yerlərdir. Dik-dikləri çox nadir hallarda açıq ərazidə görmək olar. Yaşadıqları sıx kolluqlarda yalnız özlərinin daxil …

ƏN HÜNDÜRDƏ UÇAN QUŞ: RÜPPEL KƏRKƏSİ

📷  Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya) Quşlar müxtəlif olur. Amma bu Rüppel kərkəsi tam başqa aləmdir. Yer kürəsində həmquşları arasında ən hündürdə uçanını təsəvvür edin. Etdiz? Bax, bu, həmin Rüppel kərkəsidi. Mütəxəssislər onun 11277, 12150 metr hündürlükdə var-gəl etdiyinin şahidi olublar. Təyyarələrə meydan oxuyanlar da bunlardır. Əslində, təyyarənin turbininə kəllə atsa, bu, böyük xoşagəlməzliklə də nəticələnə bilər. Bu kərkəs ancaq …

Aslanı belə ağaca dırmaşdıran giyena (kaftar)

Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)   XALLI GİYENA (KAFTAR)   Bu biçarə heyvanın elə adı gələndə artıq adamın canına ürpəşmə düşür. Belə baxanda, düz eləyir düşür. Çünki aslanların şikarını caynaqlarından alıb özlərini isə ağaca dırmaşmağa məcbur edən, bəbirlərə meydan oxuyan heyvandır bu. Şaqqanağa bənzər çıxardıqları o səsdən adamın tükləri də biz-biz olur. Zahiri görünüşü də, maşallah, adamın ürəyini bulandırır. Amma …

Səyahət zamanı etdiyimiz 10 səhv

1-Cİ SƏHV: «UCUZ OLSUN» DEYİB MƏRKƏZDƏN KƏNARDA OTEL AXTARMAQ Bəzi hallarda bu, həqiqətən də sərfəli ola bilər, məsələn, avtomobilimiz varsa. Mərkəzdən kənardakı otellər həqiqətən ucuz ola bilər, amma bir balaca. Oteldən mərkəzə gedib-gələcəyiksə, onda üzü astarından baha başa gələcək. Bu bir. İkincisi, mərkəzə yaxın otelə arabir gedib kəlləni atıb yatma imkanımız da olacaq. Üçüncüsü, məzuniyyət zamanı hansısa iri şəhərdə dincəlmək …