Tag: Avstraliya

Erkək emu quşunun ailə dramı

Faunada dişilər tərəfindən heyvan yerinə qoyulmayan erkəklər çoxdur. Yadınıza gəlir, zülmlə ev tikib qarşısında şilküt olunca rəqs edib dişinin “həri”sini almaq üçün şıllaq atan cənnət quşu? Dişi də axırda gəlib “pff” eləyib uçur gedir. Ya da dəvədəlləyi: kişiylə min oyundan çıx, ən romantik momentdə də tut yazığın başını ye… Biçarə erkək dəniz atı hələ!.. O…

Paylaş:

davamı

Ata gücə düşür ölür, ana da gah oğullarını yeyir, gah qızlarını…

Sizə məzəli bir ailədən danışacam. Ata gücə düşür ölür, ana da gah oğullarını yeyir, gah qızlarını. Qəhrəmanımız Avstraliyada yaşayan qəhvəyi antexinusdur. Bilirsiz də, Avstraliyada kisəsi olmayana pis baxırlar. Bunda da var o kisədən. İş elə gətirib ki, erkək fərdləri 1 il, dişiləriysə 2 il-filan yaşayır. Məşəqqətli həyatının ilk 10 ayını erkək özünə qulluq edir: yeyir,…

Paylaş:

davamı

Qoz boyda beyinli, amma dünyalar qədər şirin koala

Çoxları elə bilir koala da ayının hansısa bir növüdür. Ayı filan deyil. Ayıyla ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Bir balaca yaxın fason qohumu vombatdır. 🐨 Avstraliyada yaşayan koala ancaq ağacdan-ağaca dırmaşmaq üçün lövbərini tərpədib aşağı düşür. 14 kq çəkili bu kisəli ağacın ən yüksək budağlarında necə səssiz-səmirsiz yaşayırsa, hətta Avstraliyaya ilk dəfə qədəm qoyanlar da yalnız…

Paylaş:

davamı

Avstraliyaya avstraliyalıq verən possum

Avstraliyaya avstraliyalıq verənlərdən biri də bu cığazdı – tülkükimi possum (və ya fırçaquyruq). IX əsrdə Yeni Zelandiyaya da təyinat alanları olub aralarında. 32-58 sm-lik bədəni (quyruğu 35 sm), 2,5 kq-lıq əndamı var bunun. Xəzləri çox yumşaq və sıxdır. Elə xəzlərinə görə də bir vaxtlar yerli əhalinin əsas gəlir mənbəyinə çevrilmişdilər. Yazıqlar özü də elə astagəldilər…

Paylaş:

davamı

Adından xəcalət çəkən quş

Bu yazığa bu cür ad yox, elə nömrə qoysaydılar ondan urvatlı olardı. Məsələn, 456 nömrəli quş. Yoxsa – kül rəngli qurbağaağız!.. Bu adı 35-53 sm-lik canla necə daşıyasan axı? Avstraliyanın, Yeni Qvineyanın və Tasmaniyanın bənzərsiz faunasının daha bir nümayəndəsidir. Çəkiləri 1,4 kiloqramadək olanı ən toppuşu sayılır və belə harınlanmış fərdlər ancaq zoopark filanda olur. Vəhşi…

Paylaş:

davamı

180 milyon yaşlı yexidna

Quş dimdikli, kirpi iynəli, sürünənlər kimi yumurta qoyan, ev pişikləri qədər zəkalı, opossum kimi çantalı, fil qədər ömür sürən qısaquyruqlu yexidna hələ 180 milyon il əvvəl yaşayan əcdadlarının mübarək yadigarıdır qalıb bizim üçün. Uzun, yapışqan dilləri, möhkəm qabaq ayaqları və həşəratlara olan ülvi sevgiləri ilə qarışqayeyənə də oxşayırlar. Bədən ölçüləri 30 sm-dən böyük olmur. Elə…

Paylaş:

davamı

Məhəbbət qurbanı: torbalı siçan

Böyüklərdən də üzr istəyirəm, bu gün sizə, sözün əsl mənasında, məhəbbət yolunda özünü fəda edən torbalı siçandan danışacam. Avstraliya filan tərəfdə yaşayır. Amma sözüm onda deyil. Deməli, bu ləyaxsızların əksəriyyətinə ömürlərində 1 dəfə nəsil artırmaq qismət olur. Bəlkə də bu imkanın sayı daha çox ola bilərdi, əgər ki, görməmişliklərinə salmasaydılar. Atalıq instinkti baş qaldıran zaman…

Paylaş:

davamı